Banqladeş–Çin münasibətləri

Çin-Banqladeş münasibətləriÇin Xalq RespublikasıBanqladeş arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında ilk diplomatik əlaqələr 1976-cı ildə[1] qurulmuşdur.

Çin–Banqladeş münasibətləri
Çin və Banqladeş
 ÇXR  Banqladeş

Tariuxi[redaktə | mənbəni redaktə et]

1971-ci ildə Çin Banqladeş istiqlal müharibəsi zamanı Pakistanı dəstəkləmişdir. Üstəlik Mukti-bahini partizanlarına qarşı hərbi yardımlarda etmişdir. Benqal separatçılarının əməlləri onun əsas trateji ortağı olan Pakistanın əlehinə idi. Pakistan da Çin-amerikan münasibətlərinin yaxınlaşmasında Çinə dəstək verirdi. Müstəqilliyin ilk illərində Banqladeş HindistanSSRİ ilə sıx dostluq münasibərtləri qurmuşdu. Bu baxımdan Çin onun rəqibləri sayılan SSRİ və Hindistanın dostu olacaq ölkəni dəstəkləmirdi. 1972-ci ildə Çin Birləşmiş Millətlər Təşkilatında "veto" hüququndan istifadə edərək Banqladeşin bu təşkilata üzvlüyünü əngəlləmişdir. Bununla belə artıq 1974-cü ildən Çin və Banqladeş iki tərəfli münasibnətlərin qurulması üzərində çalışmağa başlamışlar[2]. 1975-ci ilin avqustunda Mucibur Rəhman öldürülməsindən sonra Banqladeşdə hakimiyyətə hərbi rejim gəlir. Onlar müstəqilliyin ilk illərində olduğundan fərqli olaraq Hindistan və SSRİ-dən uzaqlaşma xətti götürürlər. 1976-cı ilin yanvarında Banqladeşlə Çin arasında diplomatik əlaqələr qurulur. Hindistanın bir tərəfli dominant siyasət yeritməsi, banqladeşlilər arasında etiraza səbəb olur. Qanq çayı üzərində Farakka bəndinin ucaldılması və Banqladeşlə məstəhətləşmələrin aparılmaması onun regionda balans təşkil edə biləcək Çinə üz tutmasına səbəb olmuşdur. 1977-ci ildə Banqladeş Prezidenti Ziaur Rəhman Çin Xalq Respublikasında rəsmi səfərdə olmuşdur. Sonrakı hpökünət də Çinlə isti münasibətlərin davam ertdirilməsinə nail olmuşdur. 1980-ci ilin ortalarında Çin Banqladeşlə ticarət və mədəniyyət yönündə yeni əlaqələr qurmuşdur. 1987-ci ildə Banqladeş Prezidenti Məhəmməd Hüseyn Ərşad Pekinə rəsmi səfər etmişdir. 4 oktyabr 2000-ci ildə Banqladeş telekamunikasiya və Poçt Nazirliyi iki ölkə arasında diplomatik əlaqələrin 25 illiyinə poçt markası buraxmışdır. Bu dövrdə Çin Banqladeşə 217 mln dollar köməklik göstərmişdir. İki ölkə arasında ticarət dövriyyəsi 715 mln dollar olmuşdur[3]. 2002-ci ildə Çinin baş naziri Ven Szyanao Banqladeşə səfər etmiş və hər iki ölkə 2005-ci ili «Banqladeş Çin dosluğu ili» elan etmişdir[4]. Hər iki ölkə 9 müxtəlif iki tərəfli ticarət müqaviləsi immzalamışlar[5]. Banqladeşin rəsmi dəvəti ilə Çin Cənubi Asiya Regional Əməkdaçlıq Assosasiyasına müşahidəçi kimi daxil olmuşdur[6]. 2007-ci ildə Sidr siklonundan sonra Çin Banqladeşdə bərpa işlərinə 1 milyon dollar ayırmışdır[7].

İqtisadi əlaqələr[redaktə | mənbəni redaktə et]

Banqladeş Cənubi asiyada Çinin üçüncü ən böyük iqtisadi tərəfdaşıdır. Ancaq iqtisadi əlaqələrdə Pekin dominantlıq mövqeyindədir. Üstəlik Banqladeşin ən böyük iqtisadi tərfdaşıdır[8]. 2006-cı ildə iki ölkə arasında ticarət dövriyyəsi 3,190,000,000 dollar olmuşdur. Bu isə 2005-ci ilin anoloji dövrü ilə müqayisədə 28,5 % artım deməkdir. Çin Banqladeşə iqtisadi tarazlığı qorumaq məqsədi ilə ona yardımlar göstərir. Belə ki, Banqladeş Çinə cəmi 98,8 mln dolllarlıq mal ixrac edə bilir[9]. Çin Banqladeşə aid bir çox məhsullara əlavə dəyər vergisini azaltmışdır. Bu əsasən Banqladeşdə daha çoxlu istehsal edilən rezin və tekstil məhsullarına şamil edilir. Çin banqladeşə AES tikməyi təklif etmişdir. Belə ki, bui onun artan tələbatını ödəməyə imkan verə bilər. üstəlik qaz hasilatı\ında ona yardım etməyi düşünür[10][11]. Banqladeşdənə Çinə ixrac edilən məhsullar: dəri, pambıq parçalar, balıq. Çindən Banqladeşə ixrac edolən məhsullar: tekstil, maşın, eıektrik avadanlıqları, sement, gübrə, şin, ipək, qarğıdalı və s.[12].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "'China-Bangladesh relations have become the model of friendship between countries with different social systems and different cultures'". 2012-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
  2. "Bangladesh - China and Other Asian Nations". 2009-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
  3. "Dhaka Issues Memorial Stamps on Bangladesh-China Diplomatic Relationship". // Jenmin jidao. October 4, 2000. October 3, 2012 tarixində arxivləşdirilib.
  4. "«Bangladesh-China» Friendship Year". 2008-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
  5. Haroon Habib. "Bangladesh, China sign nine agreements". // The Hindu. April 9, 2005. (#archive_missing_date) tarixində arxivləşdirilib.
  6. "China pledges to further promote China-Bangladesh ties". // Sinxua. June 7, 2006. October 12, 2012 tarixində arxivləşdirilib.
  7. "China donates US$1 mln to Bangladesh". // CCTV. 2007-11-21. 2018-09-24 tarixində arxivləşdirilib.
  8. "Changing Dynamics of Sino-Bangladesh Relations". southasiaanalysis group. 21. 04. 2005. 2010-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-15. (#first_missing_last)
  9. "China grants over USD 10 million aid to Bangladesh". 2014-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
  10. "China's March on South Asia". 2014-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
  11. "China keen to build Rooppur nuclear plant". 2014-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
  12. "China and Bangladesh". The Department of Asian Affairs, People's Republic of China. The Department of Asian Affairs, People's Republic of China. 2003-08-25. 2008-11-23 tarixində arxivləşdirilib.