Banqladeş istiqlal müharibəsi (benq. মুক্তিযুদ্ধ — Muktijuddho) — hərbi münqişə Qərbi Pakistan ilə Şərqi Pakistan (Pakistan və Banqladeş vaxtı ilə bir dövlətin ərazisinə daxil olmuşdur) və Hindistan arasında baş vermişdir. Nəticədə Banqladeş müstəqil dövlətə çevrilir.
Banqladeş istiqlal müharibəsi | |||
---|---|---|---|
Tarix | 26 mart 1971 - 16 dekabr 1971 | ||
Yeri | Banqladeş ərazisi | ||
Səbəbi | Banqladeş | ||
Nəticəsi | Banqladeşin müstəqilliyini elan etməsi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Şərqi və Qərbi Pakistan bir-birindən mədəni xüsusiyyətlərinə xərqlənirdi. Ölkənin paytaxtı Kəraçi Qərbi Pakistanda yerləşirdi. Bu səbəbdən siyasi elitanın böyük hissəsi burada cəmləşmişdi. Qərbi Pakistan hər zaman şərq üzərundə istər siyasi istərsə iqtisadi baxınından dominantlıq edirdi. Halbuki, əhalinin böyük hissəsi şərqdə yerləşirdi[1]. 1972-ci ildə şərqin əhalisi 64,9 milyon nəfər, 1974 ildə 71,3 milyon nəfər təşkil etmişdir. Şərqin inkişafına az vəsait sərf edilirdi. Xüsusi ilə dil problem olaraq qalırdı. Belə ki, 1952-ci ildə Dəkkədə hökumətin dil qanunu əlehinə çıxışlar baş verir. Qərbdə əsas dil olan Urdu dili şərqdədə əsas dil olması tələb olunurdu. Şərqdə isə əhalinin böyük hissəsi Benqal dilində danışırdı. Şərqdə insanlar özlərini ikinci dərəcəli vətəndaş hiss edirdilər. 1970-ci ildə şərqdə Bxola tropiq qasırğası baş verir. Bu hadisə son yükilliyin ən nöyük fəlakəti sesab edilir. Fəlakət nəticəsində yarım milyon insan həlak olur. Bu zaman yerli hakimiyyət orqanları mərkəzi hökuməti fəaliyyətsizlikdə izdiham edirlər. Bundan sonra şərqdə çıxışlar baş qaldırır. İnsanlar Yəhya Xan Muhammədin istehfasını tələb edirlər.
1970-ci ilin dekabrında parlament seçkilərində şərqdən olan və şeyx Mucibur Rəhmanın rəhbərlik etdiyi «Аvаmi Liq» («Azadlıq liqası») partiyası qalib gəlir. Onlar şərqə muxtariyyət verilməsi proqramını irəli sürürlər. Konstutsiyaya görə partiyaya ölkədə hökumət təşkil hüququ verilirdi. Ancaq Yaxya Xan Rəhmanın baş nazir olmasına qarşı çıxır və qərbdə qalib gələn partiyanın rəhbəri Zülfiqar Əli Bxuttonun baş verməsini istəyir. Yaxya Xan Rəhman, Zülfiqar Əli Bxutto və şeyx Mucibur Rəhman arasında aparılan daxışıqlar bir nəticə vermir. 7 mart 1971-ci ildə şeyx Mucibur Rəhman Şərqi Pakistanın azadlığı uğrunda mübarizəyə başladığını elan edir.
Müharibə 26 mart 1971-ci ildə Qərbi Pakistan istiqamətindən gələn ordu qüvvələrinin başlatdığı əməliyyatdan sonra başlayır. Bu əməliyyat tələbələr və şərqin ordusuna qarşı yönəlmişdi. Səbəb isə onların müstəqillik hərəkatı idi. Bundan bir gün sonra (27 mart 1971-ci il) ordu zabiti mayor Zaur Rəhman radio ilə Muciburun imzaladığı sənədi oxuyur. Bununla da yeni dövlətin, Banqladeşin müstəqilliyini elan edir.
İlk əvvəl Pakistan ordusu olduqca az dirənişə məruz qalır. Yazın sonlarına ordu bütün şəhərləri ələ keçirir. Bununla belə benqallar «Muxti-baxini» (azadlıq ordusu) təşkilatı təsis edərək qərbin ordularına qarşı partizan müharibəsinə başlarır. Azadlıq ordusunun sayı ordudan qaçaraq bu təşkilata qoşulanlar və yerli əhalinin sayəsində çoxalırdı. Partizanların komandirlərindən biri sosialist polpovnik Abu Таxеr olmuşdur.
Ordu banqladeşlərə qarşı sərt represiya xətti tutur. 1971-ci ilin sonuna 200 min dən 3 milyona[2] qədər banqladeşkli həlak olur. Hərbiçilərin reydləri zamanı minlərlə tələbə izsiz yoxa çıxmışdır. 14 dekabr 1971 ildə benqalların 200 seçilmiş adaları öz evlərindən oğurlanmış və ödürülmüşdür. «Avami liq» təşkilatınln fəaliyyəti qadağan edilir. Mucibur Raxman isə həbs edilir.
Hinndistanın baş naziri İndira Qandi yeni dövlətin elan edilməsindən dərhal sonra onun müdafiəsinə qalxır. Hindistan bu məsələdə xüsusi ilə canpəşanlıq göstərir və Banqladeşin müstəqilliynə çalışırdı. Banqladeşdən gələn qaçqınlar ölkədə sosial problemləri artırırdı. Hindistan istər iqtisadi istərsə hərbi baxımdan Banqladeş Azadlıq ordusuna yardım göstərirdi. Bu isə Pakistanın Hindistanla sərhədə «Çingizxan» adlı hərbi əməliyyatını keçirməsinə səbəb olur. Bunulada Üçüncü Hindistan-Pakistan müharibəsi başlayır.
16 dekabr 1971-ci ildə Hindistan ordusu və «Muxti-baxini» Qərbi Pakistan ordusu üzərində əhəmiyyətli qələbə çalırlar. Bu zaman 93 000 pakistanlı əsgər təslim olur. Bu tarixdə İkinci Dünya müharibəsindən sonra ən böyük bu tip hadisə olur.
Pakistanın müharibədə məğlubiyyətindən sonra Хаmudura Rəhmanın başçılığı ilə komisiya təşkil edilir. Bu komisiyanın məqsədi sərt hərbi rejiminin hərbi cinayyətlərini araşdırmaq olur.