Banqladeş–Nepal münasibətləri

Banqladeş–Nepal münasibətləriBanqladeşNepal arasındakı ikitərəfli münasibətlər. Ölkələr Siliquri dəhlizi ilə bir-birindən ayrılır. Bu dəhliz Nepalın cənubu, Banqladeşin isə şimalı ilə sərhəddir. Dəhliz Hindistanın Qərbi Banqladeş ştatı ərazisinə daxildir. Hər iki ölkə Cənubi Asiya regional əməkdaşlıq Assosasiyasının və çoxtərəfli texniki və iqtisadi əməkdaşlıq üçün Bengal Körfəzinin təşəbbüsləri təşkilatının üzvüdürlər.

Banqladeş–Nepal münasibətləri
Banqladeş və Nepal
 Banqladeş  Nepal
Siriquri dəhlizi

1971-ci ildə Üçüncü Hindistan-Pakistan müharibəsi zamanı Nepal neytarallıq göstərir. Ancaq 16 yanvar 1972-ci ildə Banqladeşi tanıyan ilk ölkələrdən olmur. Bundan sonra Pakistan Nepalla diplomatik əlaqələri kəsmişdir. Ancaq Banqladeşın müstəqillik əldə etməsi ilə nepal asanlıqla Benqal körfəzinə çıxış əldə edə bilmişdir. Ancaq Banqladeçin Pakistan ərazisi olması zamanı bu ıəlaqələr olduqca zəif olmuşdur. Bu əməkdaşlıq Nepal iqtisadiyyatına olduqca müsbət təsir etmişdir. 1975-ci ildə Banqladeşdə hərbi çevriliş baş verir. Bundan sonra hakimiyyətə gələnlər hindistandan uzaqlaşma xətti götürür. Bununlada Nepal Banqladeş münasibətlərində yaxınlaşma dönəmi başlayır. Belə ki, onların böyük qonşuları hər iki ölıkəni nəzarətində saxlamaq siyasəti yeridirdi. 1976-cı ilin aprelində ticarət, tranzit və mülki aviyasiya sahəsində anlaşmalar imzalamışdır. Tranzit razılaşması ölkələrə malların daşınması üçün vəzifələrdən və digər ödənişlərdən imtina edir. 1986-cı ildə Banqladeş Nepalın Qanq çayının sundan istifadəyə dair Hindistanla danışıqlarda iştirakını tələb etdir[1][2].

İkitərəfli ticarət

[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında ikitərəfli əlaqələrin yüksək olmasına baxmayaraq ölkələr arasında ticarət dövriyyəsinin həcmi 60 mln ABŞ dollarından azdır. 2008-09-cu illərdə banqladeşdən Nepala 6.7 mln dollar dəyərində mal ixrac edilmişdir (dərman perepparatları, geyim, plastik, ələməyi sənayesi və digər mallar). Nepal isə Balqladeşə 53 mln dollar dəyərində mal ixrac etmişdir (kənd təsərrüfatı məhsulları, məsələn: mərcimək, düyü və buğda)[2].

1998-ci ildə Hindistan və Nepal arasında imzalanmış müqaviləyə əsasən bu ölkənin məhsulları sərbəst şəkildə hindistan ərazisindən tranzit xətti kimi istifadə etməklə Banqladeşə çatdırılacaqdır.[3]. 2010-cu ildə Hindistanın baş naziri Manmohan Sinqx və Banqladeşin baş naziri Çeyx Xasinin görüşü zamanı hər iki ölkənin məsul şəxsləri Nepal və Butanın məhsulları sərbəst tranzit xətti ilə Banqladeşin limanlarına çatdırıla biləcəyini bəyan edirlər[4]. Atılan addımlar regional əməkdaşlığın artırılması və iqtisadi rifahın yaxşılaşdırılmasına yönəlmişdir.

  1. "Foreign Relations of Nepal - Pakistan and Bangladesh". U.S. Country Studies. 2011-06-23 tarixində arxivləşdirilib.
  2. 1 2 "Bangladesh-Nepal trade talks in Dhaka next month". Financial Express Bangladesh. 2017-02-07 tarixində arxivləşdirilib.
  3. T.R. Lakshmanan. Integration of Transport and Trade Facilitation: Selected Regional Case Studies, Volume 2000. World Bank Publications. 2001. 106. ISBN 978-0-8213-4884-0.
  4. "Nepal, Bangladesh to hold trade talks". Nepal News.[ölü keçid]