Üçüncü Hindistan-Pakistan müharibəsi — hərbi konflikt Hindistan və Pakistan arasında 1971-ci ilin dekabrında baş vermişdir. Müharibənin səbəbi isə Hindistanın Şərqi Pakistanda gedən müharibəyə müdaxiləsi olmuşdur.
Üçüncü Hindistan-Pakistan müharibəsi | |||
---|---|---|---|
Tarix | 3 dekabr 1971 - 17 dekabr 1971 | ||
Yeri | Banqladeş ərazisi | ||
Nəticəsi | Hindistanın qalibiyyəti. Banqladeşin müstəqilliyini elan etməsi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Pakistan 1947-ci ildə Britaniya Hindistanının bölünməsi nəticəsində yaranmışdır. Keçmiş müstəmləkə dini əsaslarla iki yerə bölünmüşdür. Bu zaman Pakistan bir-birindən aralıda yerləşən iki bölgəyə ayrılır. Onlar arasında 1600 km məsafə vardır. Bu Pakistan üçün əlverişli deyildi. Səbəb isə Şərqi Pakistanın təhlükəsizliyinin təminatında çətinliklərin yaranması ilə bağlı idi. Hindistanla olan münasibətlər ilk gündən gərgin idi. Birinci Hindistan-Pakistan müharibəsi və İkinci Hindistan-Pakistan müharibəsi Kəşmir ilə bağlı yaranan ərazi mübahisəsindən törəmişdirsə, bu münaqişə isə Şərqi Pakistanda baş vermiş vətəndaş müharibəsindən irəli gəlirdi.
Qərbi və Şərqi Pakistan bir-birindən mədəni baxımından kəskin fərqlənirdi. Ölkənin paytaxtı olan Kəraçi qərbdə yerləşirdi. Bu səbəbdən siyasi elitanın böyük hissəsi burada cəmləşmişdi. Qərbi Pakistan hər zaman şərq üzərundə istər siyasi, istərsə də iqtisadi baxımından dominantlıq edirdi. Halbuki, əhalinin böyük hissəsi şərqdə yerləşirdi. 1972-ci ildə şərqin əhalisi 64,9 milyon nəfər, 1974-cü ildə 71,3 milyon nəfər təşkil etmişdir. Şərqin inkişafına az vəsait sərf edilirdi. Xüsusilə dil problem olaraq qalırdı. Belə ki, 1952-ci ildə Dəkkədə hökumətin dil qanunu əlehinə çıxışlar baş verir. Qərbdə əsas dil olan Urdu dilinin şərqdə də əsas dil olması tələb olunurdu. Şərqdə isə əhalinin böyük hissəsi Benqal dilində danışırdı. Şərqdə insanlar özlərini ikinci dərəcəli vətəndaş hiss edirdilər. 1970-ci ildə şərqdə Bxola tropik qasırğası baş verir. Bu hadisə son yüzilliyin ən böyük fəlakəti hesab edilir. Fəlakət nəticəsində yarım milyon insan həlak olur. Bu zaman yerli hakimiyyət orqanları mərkəzi hökuməti fəaliyyətsizlikdə ittiham edirlər. Bundan sonra şərqdə çıxışlar baş qaldırır. İnsanlar Yəhya Xan Məhəmmədin istefasını tələb edirlər.
1970-ci ilin dekabrında parlament seçkilərində şərqdən olan, Şeyx Mucibur Rəhmanın rəhbərlik etdiyi «Аvаmi Liq» («Azadlıq liqası») partiyası qalib gəlir. Onlar şərqə muxtariyyət verilməsi proqramını irəli sürürlər. Konstitusiyaya görə, partiyaya ölkədə hökumət təşkil hüququ verilirdi. Ancaq, Yəhya Xan Rəhmanın baş nazir olmasına qarşı çıxır və qərbdə qalib gələn partiyanın rəhbəri Zülfüqar Əli Bhuttonun baş nazir təyin olunmasını tələb edir. Yəhya Xan, Zülfüqar Əli Bhutto və Şeyx Mucibur Rəhman arasında aparılan danışıqlar bir nəticə vermir. 7 mart 1971-ci ildə Şeyx Mucibur Rəhman Şərqi Pakistanın azadlığı uğrunda mübarizəyə başladığını elan edir
İlk əvvəllər Pakistan Ordusu demək olar ki, müqavimətə rast gəlmir. Yazın sonlarında ordu Banqladeşin bütün şəhərlərini ələ keçirir. Kəndlərdə isə partizan hərəkatı başlayır. Onun iştirakçıları "Mutki Baxini" adlanan təşkilatda birləşirlər. Partizanların sayı istər ordudan fərarilik edən əsgərlərin, istərsə yerli əhalinin sayəsində artırdı. 1971-ci ilin sonunda Banqladeşdə 200,000-dən 2 milyona qədər insan həlak olmuşdur. 8 milyon insan Hindistana qaçmalı olmuşdur.
Hindistanın baş naziri İndira Qandi yeni dövlətin müstəqilliyini elan etməsindən sonra dərhal onları dəstəkləyir. Hindistan özünün əzəli düşməninin zəifləməsini istəyirdi. Yeni-yeni qaçqın axınlarının Hindistana gəlməsi burada vəziyyəti gərginləşdirirdi. Qaçqınlar yerli əhalinin vəziyətini dahada kəskinləşdirirdi. Hindistan münaqişənin tezliklə bitməsinin tərəfdarı idi. Bu zaman Hindistan hökuməti «Muti dakini» təşkilatına hərbi yardım göstərirdi. Artıq, 1971-ci ilin yayında partizanlar əks hücuma başlayırlar. Ölkə 11 bölgəyə bölünür. Bu bölgələrin hər birinə Pakistan ordusunun keçmiş zabitləri rəhbərlik edirdi. Partizanlar kiçik aviasiya qüvvələri və çay donanmasına malik idilər. Hindistanda düşərgələri və bazaları olan üsyançılar uğurlu əməliyyatlar həyata keçirə bilmişdilər.
Pakistan hökuməti belə qərara gəlir ki, nə qədər Hindistan üsyançılara kömək göstərir onlara qalıb gəlmənin mümkünsüzdür. Bu zaman Hindistan ordusu sərhəddə cəmləşmişdi. Bu isə gərginliyi daha da artırdı. 21 noyabrda hər iki ordunun cəmləşdiyi ərazidə gərginlik son həddə çatır.
3 dekabr günün ikinci yarısında Pakistan Hərbi Hava Qüvvələri hindlilərin avia bazalarınlarını bombalayır. Bu plan hələ ilk dəfə Altı günlük müharibə zamanı işlədilmişdi. Belə ki, İsrail ordusu qəfil hücumla ərəb ölkələrinin aviasiyasını darmadağın etmişdi. Bu, Pakistan ordusu tərəfindən "Çingiz xan" əməliyyatı adlandırılırdı. Bu əməliyyat Hindistan ordusuna elə də böyük zərbə vurmur. 4 dekabr tarixindən Hindistanda səfərbərlik elan edilir və silahlanma gücləndirilir.
Banqladeşdə yerləşən Pakistan ordusunun vəziyyəti isə bu ərəfələrdə kəskin idi. Demək olar ki, orduya havadan kömək edilmirdi. Buna görə də Pakistan ordu rəhbərliyi Hindistana ikinci cəbhə açaraq onun iki cəbhədə vuruşmağa təhkim etmək niyyətində idilər. Ancaq Hindistanın Pəncab polkunun 23-cü batalyonu 5-6 dekabr tarixində Pakistanın 51-ci piyada briqadasının qarşısını ala bilir. Bu döyüşdə hindlilərin bombardmançı təyyarələri mühüm rol oynayırlar. Avia zərbələr nəticəsində Pakistanın hərbi texnikaları sıradan çıxarılmışdı. Bu zaman Hindistan ordusu nəinki müdafiə olunur, hətta hücuma keçərək sərhədyanı əraziləri ələ keçirmişdir.
Şərq cəbhəsində isə hindlilər yerli partizan qüvvələrinin dəstəyi ilə asanlıqla irəliləyə bilirdi. Üstəlik, çaylarda asan üzə bilən PT-76 tankları və havadan isə Mi-4 helikopterlərinin dəstəyi ilə artıq onlar qısa müddət ərzində Dəkkə şəhərinə çatırlar. 16 dekabrda Banqladeşdə yerləşən Pakistan qüvvələrinin rəhbəri general Əmir Abdulla Xan Niyazi danışıqsız təslim olma müqaviləsinə qol çəkir. 17 dekabr tarixində Hindistan atəşkəs elan edir. Bununla da müharibə bitir.
Bu konfliktdə 100–127 mm-lik kalibrli güllələrdən istifadə edilir. Bu isə ucuz və effektivliyi ilə seçilirdi. Bu müharibədə ənənəvi sualtı bombalardan istifadə edilirdi.[2]
Müharibənin nəticəsində Banqladeş müstəqilliyini əldə edir. 16 dekabr Banqladeşdə qələbə günü kimi qeyd edilir.
Müharibə bitdikdən dərhal sonra Pakistan prezidenti Yəhya Xan istefa verir və onu Zülfüqar Əli Bhutto əvəz edir. O, Şərqi Pakistan xalqından üzr itəyir.[3] Onun ən böyük uğuru əsirlikdə olan pakistanlı hərbçilərin heç bir məhkəmə qurulmadan ölkəyə gətirilməsi olur. Siml anlaşması imzalandıqdan sonra üç ölkə arasında normal əlaqələr qurulur.