Qırğızıstan–Banqladeş münasibətləri — Banqladeş və Özbəkistan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasındakı münasibətlər güclü olaraq xarakterizə edilmişdir.[1] Heç bir ölkənin digərinin ərazisində daimi səfirliyi yoxdur. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu, Qaçqınlar üzrə Ali Komissarlıq və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir.
Qırğızıstan–Banqladeş münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Təhsil sektoru Banqladeş və Qırğızıstan arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün potensial bir sahə kimi tanınmışdır. Qırğızıstan, Qırğızıstanda ali təhsil almaq istəyən banqladeşli tələbələrə təqaüd verməyə maraq göstərir.[2]
Banqladeş və Qırğızıstan mədəni əməkdaşlığı ikitərəfli əlaqələrin genişləndirilməsinin vacib bir yolu kimi müəyyənləşdirilmişdir. 2014-cü ildə iki ölkə arasında Banqladeşdə Qırğızıstan Mədəniyyət günlərinin, 2015-ci ildə isə Qırğızıstanda Banqladeş Mədəniyyət günlərinin təşkili barədə müqavilə imzalanmışdır.[3]
Banqladeş və Qırğızıstan ikitərəfli iqtisadi fəaliyyətin genişləndirilməsinə böyük maraq göstərir.[4] Banqladeş tekstil sənayesi üçün Qırğızıstandan pambıq idxalına maraqlıdır.[5] Geyim, əczaçılıq və kənd təsərrüfatı məhsulları xarici ticarət və investisiyaların artması üçün potensial sektorlar kimi müəyyən edilmişdir.[6][7] Zərgərlik sənayesi də perspektivlidir.[8]
2013-cü ildə keçmiş ticarət naziri Mahbub Əhmədin rəhbərlik etdiyi bir Banqladeş ticarət heyəti ikitərəfli ticarət və sərmayələrin artırılmasının mümkün yollarını araşdırmaq üçün Qırğızıstanda olur.[9][10] İkiqat vergitutmanın təsis edilməsi, ikitərəfli ticarətin inkişafına mane olan amillərdən biri kimi müəyyən edilir.[11]
2018-ci ildə Qırğızıstanın Banqladeşə ixracatı 100 qat artır və AİB ilə Banqladeş arasındakı ümumi ticarət 1,846 milyard dollar təşkil edir. 2010-cu ildən bu yana 4 dəfədən çox artım baş tutur.[12]
Banqladeşin Bişkekdə konsulluğu var. Digər tərəfdən Qırğızıstanın Dəkkədə bir konsulluğu fəaliyyət göstərir.