Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu

Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (ing. İFAD) — Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat[2], Fond yoxsul kənd sakinlərinə yardım göstərir.

Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu
ing. İFAD
Loqonun şəkli
Növü Beynəlxalq
Yaranma tarixi 1977
Qeydiyyat tarixi 1977
Mərkəzi Roma, İtaliya
Sədr Kanayo Nunze[1]
ifad.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fond beynəlxalq ərzaq konfransının qərarı ilə 1977-ci ildə İtaliyanın Roma şəhərində təsis edilmişdir.

Əsas məqsədi

[redaktə | mənbəni redaktə et]

İnkişaf etməkdə olan ölkələrdə ərzaq məhsullarının artırılması üçün kənd təsərrüfatının inkişafı üzrə layihələrin maliyyə və texniki müdafiəsi

İFAD o ölkələrə uzunmüddətli şərtlərlə kreditlər verir ki, bu fondda onlar iştirak etsinlər.

Üzv dövlətlər

[redaktə | mənbəni redaktə et]
IFAD-ın xəritəsi

Birinci dərəcəli donor ölkələr

[redaktə | mənbəni redaktə et]

Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Finlandiya, İsveçrə, Yaponiya

İkinci dərəcəli donor ölkələr

[redaktə | mənbəni redaktə et]

Əlcəzair, Venesuela, Qabon, İndoneziya, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri

İFAD Azərbaycanda

[redaktə | mənbəni redaktə et]

2011-ci ildə Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) Azərbaycana 19,35 mln. dollar kredit ayırmışdır. Kredit Azərbaycana ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə verilmişdir. Kredit sazişini Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və IFAD-ın prezidenti Kanayo F.Nvanze fondun Romadakı mənzil-qərargahında imzalayıblar. Layihə Ağdaş, Yevlax, Şəki və Oğuzda 50 min kəndli ailəsinə yardım göstərilməsini nəzərdə tutur. Layihənin istiqamətlərindən biri irriqasiya sisteminin yaxşılaşdırılmasıdır. Bu layihə ilə İFAD Azərbaycanda 5 layihə maliyyələşdirmiş olur[3].

  1. "İlham Əliyev BMT-nin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun prezidentini qəbul etmişdir — president.az saytı". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-07.
  2. İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011. səh.602-603.
  3. Nərmin Rəhimova. "Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu Azərbaycana 19, 35 milyon dollar kredit ayırıb" (az.). gun.az. 29 İyun 2011 [12:42]. İstifadə tarixi: 07-04-2014.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]