Banqladeş soyqırımı — Banqladeş istiqlal müharibəsi dövründə Pakistan Silahlı Qüvvələrinin 1971-ci ildə Şərqi Pakistan (indiki Banqladeş) ərazisində təşkil etdiyi və həyata keçirdiyi soyqırım. Hərbi əməliyyatlatlar deportasiya, etnik təmizləmə, kütləvi qətllər və kütləvi zorlamalar yolu ilə benqalların bütün müqavimətini qırmağa yönəlmişdi.
Banqladeş soyqırımı | |
---|---|
Hücum yeri |
Şərqi Pakistan |
Hücum hədəfi | benqallar |
Vaxt |
21 mart — 16 dekabr 1971-ci il |
Hücum üsulu | soyqırım |
Həlak olanlar | 0,3—3 milyon nəfər |
Təşkilatçılar |
Pakistan Silahlı Qüvvələri Şərqi Pakistan Mərkəzi komitəsi hərbiləşdirilmiş Razakar təşkilatının hərbiləşdirilmiş Al-Badr və Al-Shams qanadı |
26 mart 1971-ci il tarixdə Banqladeşin müstəqilliyi uğrunda müharibənin başlamasından sonra Pakistan tərəfinin həyata keçirdiyi «Projektor» əməliyyatı ilə soyqırıma start verilmişdir. Banqladeşin müstəqilliyi uğrunda Pakistan hərbiçiləri və milisləri ilə doqquz aylıq müharibə dövründə müxtəlif hesablamalara görə 30 mindən[1] 3 milyona qədər[2][3] adam öldürülmüş, 200 mindən 400 minə qədər qadın sistemli kütləvi zorlamalar kompaniyası nəticəsində zorlanmışdır. 30 milyon nəfərə yaxın mülki sakin isə ölkənin içərilərinə köçürülmüşdür. Həmçinin müharibə dövrü benqallar ilə biharilər (biharicə danışanlar) arasında etnik zəmində zorlama yeri idi. Konflikt dövründə 8-10 milyon nəfərə yaxın sakin – əsasən hindlilər, qonşu Hindistana qaçmışdır. Müharibənin ilk günlərindən etibarən ziyalılar repressiya və edamlara məruz qalmışdırlar.
Bu hadisələr Banqladeşin hər bir nüfuzlu nəşrində və qəzetində təsvir edilərkən soyqırım terminindən mütləq istifadə edilir və ölkənin milli, irqi, dini və etnik qruplarının sistemli və məqsədli şəkildə məhv edilməsi kimi qiymətləndirilir. Lakin soyqırım faktı Banqladeşin müstəqilliyi uğrunda müharibənin gedişatına təsadüf etdiyi üçün BMT nəzdindəki beynəlxalq tribunalın predmenti olmamışdır.
Pakistan hökumətinin yaratdığı Həmudur Rəhman komissiyası[ing.] Şərqi Pakistan ərazisində 3 000 000 adamın öldürülməsi və 200 000 qadının zorlanması, dinc əhaliyə, ziyalılara, milli və dini azlıqlara münasibətdə müxtəlif vəhşiliklərin və təhqirlərin edilməsi barədə Banqladeşin iddialarını rədd etmişdir. Bununla yanaşı komissiya təsdiq etmişdir ki Pakistan hərbiçilərinin Banqladeş ərazisində fəaliyyəti nəticəsində təxminən 26 min nəfər həlak olmuşdur. Komissiyanın hesabatı Pakistan hökuməti tərəfindən təxminən 30 il ərzində məxfi saxlanılsa da 2000-ci ildə onun məzmunu barədə məlumat ölkənin və qonşu Hindistanın KİV-də ictimailəşmişdir. Banqladeşdə Həmudur Rəhman komissiyasının hesabatı kəskin tənqid edilmiş və Pakistan ordusunun hərəkətlərini təmizə çıxartmaq üçün saxtakarlıq hesab edilmişdir.