Banska Ştyavnisa (slovak. Banská Štiavnica, alm. Schemnitz, mac. Selmecbánya) — Slovakiyanın mərkəzində, Ştyavnisa Vrxi dağ massivinin yaxınlığında yerləşir. Əhalisi 11 min nəfərdir.
Şəhər | |||
Banska Ştyavnisa | |||
---|---|---|---|
Banská Štiavnica | |||
|
|||
48°27′31″ şm. e. 18°53′35″ ş. u. | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1156 | ||
İlk məlumat | 1156 | ||
Sahəsi |
|
||
Mərkəzin hündürlüyü | 621 m | ||
Saat qurşağı | |||
Əhalisi | |||
Əhalisi |
|
||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +421 45 | ||
Poçt indeksi | 969 01 | ||
Nəqliyyat kodu | BS | ||
Digər | |||
banskastiavnica.sk/en/ | |||
Vikianbarda əlaqəli mediafayllar |
Banska Ştyavnisada ilk təbii ehtiyatların çıxarılmasına b.e.ə III əsrdə keltlər tərəfindən başlanılmışdır. 1156-ci ildə Banska Ştyavnisa bir şaxtaçı şəhəri olması qeyd edilir. 1217-ci ildə şəhər ətrafında gümüş çıxarılması məlumatı vardır. 1238-ci ildə Banska Ştyavnisa şəhər statusu almışdır. XIII əsrdə Tirol və Saksoniyadan olan kolonistlər tərəfindən məskunlaşılmışdır. 1443-ci ildə şəhər güclü zəlzələ nəticəsində dağılmışdır. XV əsrin ortalarında Yeni və Köhnə Qəsrlər inşa edilir. Bu qəsrlər Osmanlı imperiyasına qarşı möhkəmləndirilmişdir. 1627-ci ildə dünyada ilk dəfə olaraq faydalı qazıntıların çıxarılması məqsədi ilə partlayıcı maddədən istifadəı edilmişdir. 1735-ci ildə Banska Ştyavnisada Macarıstan tarixində ilk dəıfə Dağ mədən məktəbi, 1763-cü ildə Dağ Akademiyası təşkil edilmişdir. 1782-ci ildə Banska Ştyavnisa Macarıstan tarixində Bratislava və Depresendən sonra 3-cü iri şəhər idi.
Hazırda Banska Ştyavnisa özünün sənaye əhəmiyyətini itirmiş və 1993-cü ildən YUNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
banskastiavnica.sk — Banska Ştyavnisanın rəsmi saytı