Levoça

Levoça (slovak. Levoča, alm. Leutschau‎, mac. Lőcse) — Slovakiyanın şərqində kiçik bir şəhər (Spiş tarixi vilyəti). Şəhər Levoçske Vrhi dağ massivinin ətəyində, Spişski Hrad qəsrinin yaxınlığında yerləşir. Əhalisi 14 min nəfərə yaxındır (2003-cü il). Şəhərin adı ilk dəfə 1249-cu ildə, macar kralı IV Belanın məktublarında qeyd edilib. Lakin buna bamayaraq, şəhərin yaşı bundan daha qədimdir və buna bir sübut kimi, mərkəzdə qorunub saxlanılan və roman üslubunda inşa edilən müqəddəs Nikolay kostyolunu misal gətirmək olar. 1241-ci ildə monqol-tatar qoşunları şəhəri tərk etdikdən sonra, buraya almanlar köçərək geniş koloniyalar yaradırlar. 1271-ci ildə Levoçanın adı artıq azad kral şəhəri və vilayət mərkəzi kimi qeyd edilir. XV əsrdən başlayaraq Levoça sürətlə inkişaf etməyə başlayaraq, Slovakiyada geniş vüsət almış protestantlığın mərkəzinə çevrilir.

Levoça
Levoča
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
49°01′22″ şm. e. 20°35′26″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1249
İlk məlumat 1249
Sahəsi
  • 114,77 km²
Mərkəzin hündürlüyü 628 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 14.256 nəf. (1 yanvar 2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +421 53
Poçt indeksi 054 01
Nəqliyyat kodu LE
Digər
levoca.sk
Xəritəni göstər/gizlə
Levoça xəritədə
Levoça
Levoça
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müasir zamanda Levoça çoxlu sayda memarlıq abidələri qorunub saxlanılan kiçik bir şəhərdir. 2009-cu ildə Spişski Hradla birlikdə Levoçanın orta əsr memarlıq abidələri UNESCO-nun Ümumünya irsi siyahısına daxil edilmişdi.

Əhali

Əhali sayı
Uşaqlar (0 – 6 yaş) 1 256
Uşaqlar (7 – 15 yaş) 1 686
Yeniyetmələr (16 – 18 yaş) 601
Böyüklər (18 - 62 yaş) 9 425
Yaşlılar 62 yaşdan yuxarı 1 617

Əhalinin etnik mənsubiyyəti (2011)

Əhalinin ümumi sayı %
slovaklar 12 725 87,07
macarlar 10 0,10
qaraçılar 1635 11,20
rusinlər 45 0,31
almanlar 8 0,06
çexlər 48 0,33
digərləri 135 0,93

Əhalinin konfessional mənsubiyyəti

Əhalinin ümumi sayı %
roma-katolikləri 11691 80,04
yevangelik kilsəsi v.d. 243 1,61
yunan-katolikləri 609 4,17
pravoslavlar 135 0,93
cavab verməkdən imtina etdilər 1170 8,01
digərləri 901 6,17

Şəhər rayonları

[redaktə | mənbəni redaktə et]

Şəhər rayonları (2011)

Rayonlar üzrə əhali sayı
Levočská Dolina 119
Levočské Lúky 474
Závada 72
Nový Dvor 87
  • Mikrorayonlar: Pri Prameni, Rozvoj, Západ I, Západ II, Sever, Pod vinicou, Hrad

İbtidai məktəblər [3]

[redaktə | mənbəni redaktə et]
  • Základná škola Gašpara Haina
  • Základná škola Jána Francisciho
  • Základná škola Námestie Štefana Kluberta 10
  • Základná škola Levoča Gašpara Haina, pobočka Levočské Lúky
  • Špeciálna základná škola, Ulica Fraňa Kráľa č.3
  • Základná škola pre nevidiacich a slabozrakých
  • Spojená špeciálna základná škola Jána Vojtaššáka

Gimnaziya və orta məktəblər [4]

[redaktə | mənbəni redaktə et]
  • Gymnázium J. Francisciho-Rimavského
  • Gymnázium sv. Františka Assiského|Gymnázium sv. Františka Assiského - GSFA
  • SOŠ Majstra Pavla v Levoči, Kukučínova 9
  • Spojená škola internátna, Nám. Št. Kluberta 1
  • Stredná pedagogická škola, Bottova 15
  • Stredná zdravotnícka škola, Kláštorská 2
  • Atletický klub Levoča
  • Cross Country Levoča
  • FK 05 Levoča
  • HK Slovan Levoča
  • Karate klub Levoča
  • KS Wing Tsung Levoča
  • KST Javorinka Levoča
  • Lenok Levoča
  • LK Levoča
  • MK Slov.Orol Levoča
  • Tenis Club 92 Levoča
  • TJ Javorinka Levoča
  • TJ Štart Levoča
  • PitGym Levoča

Partnyor şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. The 2021 Population and Housing Census. Bratislava: Statistical Office of the Slovak Republic.
  2. "Arxivlənmiş surət". 2013-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-04.
  3. "Arxivlənmiş surət". 2014-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-04.
  4. "Arxivlənmiş surət". 2014-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-04.
  5. "Arxivlənmiş surət". 2014-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]