Banu Alkan (1 aprel 1958[1], Dubrovnik) — xorvat əsilli türk aktrisa və müğənnidir. Türkiyə səhnəsinin Afroditası sayılır.
Banu Alkan | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1 aprel 1958[1] (66 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | aktrisa, model[d], müğənni |
Fəaliyyət illəri | 1974-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
"Afrodita" ləqəbli Liz Remka Rebronja 1958-ci il aprelin 1-də (o zaman Yuqoslaviya) Xorvatiyanın Dubrovnik şəhərində anadan olub. 1966-cı ilin dekabrında ailəsi ilə birlikdə Balıkəsir vilayətinin Edremit mahalına köçdü. Rebronja ailəsi Türkiyə vətəndaşlığını qəbul edərək "Alkan" soyadına keçdilər. Xorvatca "yabanı gül" mənasını verən Remka əvvəl Yaprak, sonra isə adını Banu olaraq dəyişmişdir. İstanbula köçüb Kartalda yaşayıblar və təhsilinə Kartal Maltəpə Liseyində başlayıb.
Gəncliyində arzusu olan modelliyə 16 yaşında LCC kurslarına qatılaraq başlayıb. Daha sonra Vakkodan təlim aldı. Aydan Adan — Füsun Özben Model Agentliyinin heyətinə qatılaraq bəzi reklamlarda rol alıb.[2] 1976-cı ildə "Səs" jurnalının təşkil etdiyi 8-ci Kino Artistləri Müsabiqəsində iştirak edib.[3]
Sənətçi 17 yaşında varlı iş adamı Gürbüz Həniflə görüşməyə başlayıb. Təxminən 20 il davam edən bu münasibət Hənifin xərçəng xəstəliyinə tutulmasından az sonra onun ölümü ilə sona çatdı. Alkan bu 20 il ərzində çox rahat bir həyat yaşamışdı.[4] Banu Alkan 1989-cu ildə son filmindən sonra uzun müddət görünmədi. 1998-ci ildə "Neremi" adlı albom çıxararaq yenidən Türkiyə səhnəsinə bu dəfə həvəskar müğənni kimi qayıtdı.[5] 2000-ci illərin əvvəllərində onun iş adamı Murat Taşdemirlə münasibəti olub, lakin bu münasibət uzun sürməyib ve Banu Alkan hər zaman mediada bu mövzu ilə bağlı müzakirələri göz yaşları ilə anladıb.[6]
Banu Alkan 1975-ci ildən 1989-cu ilə qədər silsilə filmlərdə çəkilərək Türkiyə film tarixində özünəməxsus yer almışdır. İlk filmi "Hayret" 1975-ci ildə çəkilmişdir.[7] Daha sonra Üsyan (1975), Taksi sürücüsü (1976), Əqrəb yuvası (1977), Mən onsuz ola bilmərəm (1978), Vur məni öldür məni (1980), Günah kitabı (1981), Nikah masası (1982), Əlaqə (1983), Bataqlıqdakı qızılgül (1983), Gecənin Qadını (1983), Qadın (1984), Küçədən gələn qadın (1984), Arzu (1985), Sarı bəla (1985), Afrodita (1987), Vəhşi və gözəl (1989) ve s. filmlərdə yer almışdır.
1998-ci ildə "Neremi" adlı albomu ilə gündəmə qayıtsa da, artistin mahnısı, səsi uzun müddət şərh və tənqidlərə məruz qalaraq diqqət mərkəzində olmuşdur. Alkan 2001-ci ildə ing. "The Salt Dryers", 2005-ci ildə "Qardaş Qız" seriallarında rol alıb, eləcə də onun haqqında bir çox digər sənədli filmlər çəkilmişdir.
2014-cü ildə "Türk Sinemasının Yaşayan Ən Gözəl Qadını" mükafatını,[8] 2015-ci ilde Qızıl Palma - Yeşilçam 100., "Yubiley Şərəf Mükafatı"nı alib.[9] 2015-ci ildə həmçinin Mersin Mədəniyyət Həmrəyliyi Dərnəyi - "Türk Kinosunun Ən Gözəl Akademik Üzü Onur Mükafatı" və 2016-cı ildə 3-cü Qızıl Palma Mükafatları - "Türk Kinosunun Ən Gözəl Qadını" mükafatlarına layiq görülmüşdür.[10]