"Vakko" (türk. Vakko Tekstil ve Hazır Giyim Sanayi A.Ş) — Türkiyənin tekstil şirkəti; aparıcı moda evlərindən biri.[1] Şirkət əsasən xüsusi toxuculuq geyimlərinin, dəri məmulatlarının və aksesuarların istehsalı ilə məşğul olur.[1]
"Vakko" brendi Vitali Hakko tərəfindən yaradılmışdır. Belə ki, 1925-ci ildə Mustafa Kamal Atatürkün Şapka və Paltar İnqilabını reallaşdırması nəticəsində o, 1934-cü ildə Sultanhamamda "Şən Şapka" adlı kiçik dükanı açır.
Bu arada Atatürkün "Şapka inqilabı" Türkiyədə yaşayan yəhudilərlə xristianların dəyirmanına su tökür. Milyonlarla lirə çölə axıdılır. İtaliya və Fransada yeni və köhnə şapkalar Türkiyəyə gətirilir. İki-üç frank dəyərində olan həmin mallar ən aşağısı on lirəyə (120 frank) satılır. Ölkədə başda bütün məmurlar olmaqla bütün vətəndaşlar şapka taxmağa məcbur edilirlər. Şapka taxmayanlar hətta həbs olunurlar. Bir sözlə, Türkiyədə şapka inqilabı səbəbindən ciddi iqtisadi-siyasi böhran yaşanır.
Şapka dönəmi bitdikdən sonra Vitalı biznes profilini dəyişir. Türk ipəyi, pambığı və yunundan şərflər istehsal etməyə başlayır. Vitali İstanbulda kiçik ipək istehsalı atelyesi yaradır. Türkiyədə irəliləmə və yenilənmə dövründə şapka, şarf və fabrik parçalarına təlabatın tam ödənilmədiyini görən V.Hakko hazır geyim istehsalına istiqamətlənir.
1962-ci ildə Beyoğlunda öz soyadı ilə ilk "Vakko" moda mağazasını açır. Bu mağaza Türkiyənin geyim dünyasını yeni faktla tanış edir. “Vakko Beyoğlu” nəinki o günə qədər açılan ən böyük mağazalardan biri olur. Hətta xidmət səviyyəsinə, çeşidlərinə görə hər kəsi təəccübləndirir. Burada müştərilər ilk dəfə nizamlı endirimli satış, satılan malın dəyişdirilməsi, geri alınması kimi müasir xidmətlərlə rastlaşırlar.
1968-ci ildə Merterdə ümumi sahəsi 36.000 m², qapalı sahəsi isə 29.000 m² olan "Vakko" fabriki tikilir. Fabrikin hər tərəfi məşhur türk sənətçilərinin şəkilləri, heykəlləriylə bəzədilir. İçərisində isə sənət qalereyası qurulur.
1973-cü ildə "Vakko"nun Ankarada ikinci moda mağazası açılır. Sonrakı ildə "Vakko"nun 7 moda mağazası, "Vakko şərf", qalstuk, köynək, "Superfine" mağazası və diler yaradılır.
1982-ci ildə isə Türkiyənin ilk gənclik mağazası "Vakkorama" açılır. Bütün Türkiyədə aparılan reklam kampaniyaları və "Vakko"nun məhsullarının illik moda nümayişləri brendin imicini gücləndirir.
Vitali Hakko 2000-ci ildə "Vakkorama" mağazaları daxilində “iki şəhər, bir marka” şüarıyla Nyu-York modasını İstanbula gətirir. Daha sonra Paris, London, Milan kimi digər moda paytaxtlarından dizaynçı və markaları da daxil edən "V2K designers" fərqli dünya markalarını eyni dam altında birləşdirir. Rick Owens, Gareth Pugh, Aleksandr Wang, Hussein Chalayan, Preen, Ərdəm, Elizabeth & Ceyms, Bant of Outsider, Rag & Bone kimi dizaynçı və markaların məhsulları "V2K designers"də yer alır.
2006-cı ildə məşhur modelyer Zak Pozen tərəfindən "Vakko" üçün xüsusi olaraq hazırlanmış kolleksiya Zac Posen @ Vakko etiketiylə təqdim edilmişdir.[1] Məşhur top-model Jizel Bündhen isə "Vakko"nun kampaniya siması olmuşdur.[1]
2008-ci ildə Esenyurtda Merterdəki köhnə fabrikindən ikiqat daha böyük Vakko İstehsal Mərkəzi qurulur. 2010-cu ildə isə mərkəzi Nyu-Yorkda yerləşən məşhur memarlıq bürosu REX tərəfindən layihələndirilən Vakko Moda Mərkəzi istifadəyə verilir. 2010-cu gəlinliklərin satıldığı "Vakko Wedding House" Akaretləri açılır.
Hazırda "Vakko"nun 13 ana mağazasından əlavə, 3-ü xaricdə olmaqla 35 Butik Vakko mağazası və Türkiyəyə yayılmış 76 Vakko Corner, 10 Vakko Outlet, 2 Vakko Wedding House, 2 Vakko Chocolate Buduq, 2 Vakko Home, 3 Vakko Eşarp Corner, 10 Vakkorama, 2 V2K designers, 5 Vakkorama H20 mağazası var.
Vitali Hakko yaşlandığından mağazaların rəhbərliyini digər ailə üzvlərinə – xüsusilə oğlu Cem Hakkoya həvalə edir.[3] Lakin əsas nəzarəti əlində saxlayır. Tarixə şanslı bəndə kimi düşən Vitali Hakko 2007-ci ilin dekabrında vəfat edir.
Qeyd edək ki, "Vakkorama"nı məhz Cem Hakko yaradıb. O, həmçinin "Formula 1" yarışları üçün nəzərdə tutulan kompleksin İstanbulda yaradılmasında iştirak edən 3 təşkilatçıdan biridir. Cem Hakko 2004-cü ildə İdarə Heyətinin rəhbəri olduğu zaman Vakko Qrupunun cəmi 24 mağazası var idi. Cem mövcud markalara W Collection, V2K designers ve Outletleri də əlavə edərək şirkətin markalarının sayını 4-ə çatdırdı. Gəlirini isə 3 dəfə artırdı. Hazırda İstanbulda yaşayan Cem Hakkonun 3 övladı var: Katia, Pia və Can.
Buna səbəb "Vakko"nun İtaliyada istehsal etdirdiyi 55 faiz kətan, 40 faiz yun və 5 faiz ipək qarışığı parçadan olan pencəklərdir. Belə ki, yəhudilərin inanclarına əsasən yun-kətan, pambıq-kətan kimi qarışıq parçalar haramdır. Buna görə, Cem Hakkonu tənqid atəşinə tutan yəhudilər "özü də yəhudidir, necə belə məhsul satır", "Dəyərlərimizə təhqir edir", "Dərhal pencəyi yığdırmalılar", ""Vakko"dan alver etməyin" kimi bəyanatlar verirlər. Cem Hakkonun isə bu vecinə belə olmur. 2 min 590 lirəlik pencəkləri "Kətan-yun-ipək qarışığı olan parça "Vakko" üçün xüsusi hazırlanmışdır" deyərək dükanlarında satdırır.
"Vakko" təkcə geyim deyil, həm də şokolad istehsalı ilə də məşğul olur. Onun istehsal etdiyi şokoladlar 1989-cu ildə bəri "Vakko" mağazalarında satılır.