Baqdad (ing. Bagdad) — Avstraliyada, Tasmaniya adasındakı Hobartın 37 kilometr (23 mil) şimalında qəsəbə.
Baqdad | |
---|---|
42°37′00″ c. e. 147°13′01″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 122 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 7030 |
Vikianbarda əlaqəli mediafayllar |
Baqdad Konstitusiya təpəsində səyahətlərini davam etdirənlər üçün vacib bir istirahət yeri və at dəyişdirmə yeri idi. İndi bura meyvə bağları və kiçik qarışıq təsərrüfatlar sahəsi və şəhərətrafı qəsəbədir.
Şəhərin adını Kral Dəniz Qüvvələrində sıravi kəşfiyyatçı Hyu Cermeyn vermişdir. O, Ceyms Bekhausa, 1901-ci ildə nəşr etdirdiyi "Avstraliya koloniyalarına ziyarətin narrativi" kitabında qeyd edildiyi kimi, səyahət edərkən çantasında iki kitabı daşıdığını söyləmişdir: "Bibliya" və "Min bir gecə".[3]
Bağdad Poçt şöbəsi 1 dekabr 1878-ci ildə açılmışdır.[4] 1891-ci ildən 1947-ci ilə qədər şəhəri Hobartla bir dəmir yolu xətti birləşdirmişdir.[3]
2003-cü ilin aprelində, İraq müharibəsinin başlanğıcında, şəhərin veb-saytı iraqlılarla əlaqə saxlamağa çalışan dünyanın hər yerindən internet istifadəçiləri tərəfindən bombardman edilmişdir.[3]
Avstraliya Statistika Bürosu tərəfindən keçirilən 2006-cı il siyahıyaalınmasına görə, Baqdadda 996 nəfər yaşayırdı. Onların 51,7 faizini kişi, 48,3 faizini isə qadınlar təşkil etmişdir.[5]
Sakinlərin əksəriyyəti (86,9%) Avstraliyada anadan olmuşdur, digər 2,6 faizi isə İngiltərədəndir.[5]
Badad sakinlərinin yaş bölgüsü daha çox Avstraliya əhalisi ilə müqayisə edilə bilər. 2006-cı ildə sakinlərin 62,8%-i 25 yaşdan yuxarı idi. Avstraliyada orta göstərici 66,5% idi 37,2%-i Avstraliyada orta hesabla 33,5%-lə müqayisədə 25 yaşdan kiçik idi.[5]