Baqqal – Şəki rayonu ərazisində dağ. 1917, 1933, 1961-ci illərdə rayonun ərazisində Baqqal adlı kənd qeydə alınmışdır. Dağın adı kəndin adından törəmişdir. Yaşayış məntəqəsinin əsl adı "Baqqallı"dır. Yerli əhalinin verdiyi məlumata görə, kəndin ilk sakinləri həmin rayonun Cunut kəndindən çıxmış baqqal ailələrindən ibarət olmuşdur. Baqqal peşə adıdır, ərzaq malları satan adamlara deyilir. Rusiyanın Çelyabinsk vilayətində Bakal; Başqırdıstanda Bakallı; Krımda Bakal, Bakal Kayat, Bakal-Tatar, Bakkal-Su və sair coğrafi adlarını olması onu göstərir ki, bu, etnotoponimdir.[1]
Baqqal | |
---|---|
Yerləşməsi | |
Ölkə |