Bar-Koxba üsyanı

Bar-Koxbanın üsyanı - 132-135-ci illərdə Roma imperiyasının əyaləti İudeyada baş vermiş üsyan.

Üsyanın səbəbləri[redaktə | mənbəni redaktə et]

İudeyada üsyana səbəb Roma imperatoru Adrianın yəhudilərə qarşı ciddi tədbirləri olmuşdu. O,Yerusəlim şəhərinin yerində Elio-Kapitoli şəhəri saldırmışdı. Məşhur Yaxve məbədinin yerində isə Yupiter ilahəsinə həsr olunmuş məbəd tikdirməyə hazırlaşırdı. Adrian yəhudilərə hətta şənbə günlərini bayram etməyi də qadağan etmişdi. Bu üsyan təkcə Roma zülmünə qarşı deyil, həm də yerli hakim sinfə qarşı çevrilmişdi.

Üsyanın gedişi və məğlubiyyəti[redaktə | mənbəni redaktə et]

Üsyan bütün İudeyanı əhatə etmişdi. Üsyana Simon adlı bir nəfər rəhbərlik edirdi. Sonuncu özünü Bar-Koxba (Ulduzdan doğulmuş) adlandırırdı. Yəhudilər onu "İlahi xilaskar", "Messiya" adlandırırdılar. Üsyançılar Elio-Kapitoli şəhərini tutub onun romalı sakinlərini öldürdülər. Romalılar 3 il üsyançılara qarşı mübarizə aparmalı oldlar. Nəhayət, 135-ci ildə üsyan yatırıldı. Yəhudilərə İudeyada yaşamaq qadağan edildi. Şəhərlərin çoxu dağıdıldı. Sakinləri səhralara qovdular. Bar-Koxbanın üsyanı yəhudilərin sonuncu üsyanı oldu.

Mənbə[redaktə | mənbəni redaktə et]

Y.Həsənov. Qədim Roma tarixi. Bakı,1975.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]