Barambat meşəsi AzərbaycanınGoranboy vəTərtər rayonları ərazisində, Gülüstan kəndi sahəsində yerləşir, həmçinin Barambart meşəsi də adlanır.[1] 1931-ci ilin payızında burada qaçaq Ağqıraqlı Mustafanın dəstəsi ilə sovet qüvvələri arasında atışma baş tutmuşdur.[2]
Barambat meşəsi sahəsi Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələri tərəfindən işğal edilmişdir. 19 mart 2015-ci ildə Barambat meşəsində Azərbaycan və Ermənistan qüvvələri arasında döyüş baş vermişdir.[3]Aprel döyüşləri zamanı meşə Talış kəndinə doğru hücum əməliyyatında[4] keçid ərazisi kimi istifadə edilmiş[5][6] və baş tutan döyüşlərin ardınca işğaldan azad edilmişdir.[7] Azərbaycan qüvvələri İkinci Qarabağ müharibəsi zamanı, 27 sentyabrda Barambat meşəsindən hücuma keçərək ilkin həmlədə ermənilərin postunu ələ keçirmişdir.[1]