Gülüstan — Azərbaycan Respublikasının Goranboy rayonunun Gülüstan kənd inzibati ərazi dairəsində kənd.[1]
Kənd | |
Gülüstan | |
---|---|
40°21′30″ şm. e. 46°34′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Goranboy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | Azərbaycanlı |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Poçt indeksi | AZ5900 |
Nəqliyyat kodu | 22 |
Vikianbarda əlaqəli mediafayllar |
1813-cü il Gülüstan müqaviləsi burada imzalanıb.
Birinci Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçiriblər. Lakin 1992-ci ilin iyun ayında hücuma keçən Azərbaycan Silahlı Qüvvələri kəndi erməni işğalından azad edib.[2] Lakin kəndin Azərbaycanın nəzarətində olduğu dövrlərdə erməni ordusu bura bir neçə dəfə həmlə edərək mülki əhalini və hərbçiləri öldürməyə cəhd etmişdir. 19 sentyabr 1992-ci ildə erməni birləşmələrinin Gülüstan kəndinə silahlı basqın nəticəsində 22 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.[3]
Qarabağ müharibəsindən sonra neytral ərazidə qalan Gülüstan kəndi xarabalıqlar içindədir və orada əhali yaşamır.[4] 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan ordusu Gülüstan kəndi istiqamətində bəzi yolları işğaldan azad edərək cəbhə xəttində irəliləyib.[5]
Gülüstan kəndi Murovdağ silsiləsinin yamacındadır. Kənd İncəçayın sahilindəki qədim Gülüstan qalasının adı ilə adlanmışdır.[6]
Kəndin ərazisində 12-ci əsrdə tikilmiş Gülüstan qalası yerləşir. Qala tam şəkildə dövrümüzə çatmasa da müəyyən bürcləri qorunmuşdur. Tarixi Gülüstan müqaviləsi bu qalada imzalanmışdır.
İqlimi yarım səhra, quru və isti, qışı mülayim keçir.
1 yanvar 1933-cü il tarixində Gülüstan qəsəbəsində 165 təsərrüfatda 981 nəfər yaşayırdı, onların 99,3%-i (975 nəfər) ermənilər idi.[7]
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |