Barat Quliyev (22 dekabr 1991, Beyləqan – 29 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Barat Quliyev | |
---|---|
Barat Nizami oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 dekabr 1991 |
Doğum yeri | |
Vəfat tarixi | 29 sentyabr 2020 (28 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Barat Quliyev 1991-ci il 22 dekabr tarixində Beyləqan şəhərində anadan olub. 1999–2010-cu illərdə orta təhsilini Beyləqan şəhər 3 nömrəli tam orta məktəbdə alıb.
2010-cu il 12 oktyabr həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Suraxanıda yerləşən hərbi hissədə xidmət edib. 2012-ci ildə xidməti başa vurmuşdur. 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinə daxil olmuşdur. Azərbaycan Silahlı Qüvvələri sırasında manqa komandiri kimi çalışmışdır. 2015-ci il 30 dekabrda hərbi hissənin 2-ci taborunun 6-cı bölüyün 2-ci taqımın 1-ci manqasında sürücü vəzifəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Barat Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində gedən döyüşlərdə olub. Barat Quliyev sentyabr 29-da Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Barat Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Barat Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Barat Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[4]