Barbi gəlincikləri

Barbi (ing. Barbie) — uşaq oyuncağı, kukla. Əsasən 3 yaşdan 14 yaşa qədər qızlar üçündür. 1959-cu ildə ABŞ-də Viskonsin ştatında buraxılmışdır. Onun yaradıcıları Rut və Elliot Handlersdir. Barbinin tam adı Barbara Millicent Robertsdir. Kuklanın meydana çıxmasından keçən müddət ərzində onun bir çox çeşidi və aksesuarları buraxıldı, Barbi dünya miqyasında populyarlıq qazandı, bir brend və pop kumirinə çevrildi.

Barbi
İlk görünmə 9 mart 1959
Yaradan Rut Hendler
Məlumat
Tam adı Barbara Millisen Roberts
Təxəllüslər Barbi

Dünyada ən məşhur olan gəlincik Barbinin anası və onun əsas yaradıcısı Rut Hendler hesab olunurdu. Keçən əsrin 40-cı illərinin ortalarında Hendler ailəsi şəkillərin qoyulması üçün xüsusi çərçivələr hazırlayan kompaniya açmağı qərara aldılar. Nəticədə ailənin kişisi Rut Elliot düşündü və qərara gəldi ki, nəyə görə istifadə etdikləri ağac parçalarının qırıntılarını atsınlar? Çünki belə qırıntılardan da gəlir əldə etmək olardı. Rut irəli bir təklif sürdü və bildirdi ki, həmin ağac parçalarından gəlinciklər üçün mebel hazırlansın. O, öz qızı Barbaranın gəlincikləri ilə oynamağına baxmağı sevirdi. Onun qızı kibrit çöpləri yığılan qutulardan və dördükünc müxtəlif oyuncaqlardan öz gəlinciklərinə evlər, yataq, stol kimi ləvazimatlar hazırlayırdı. Sonda onların düşünüb hazırladığı şkaf və kravatlar satışa çıxarılan çərçivələrdən daha yaxşı satılmağa və maraq dairəsinə çevrilməyə başlandı.[1]

1956-cı ildə Rut Hendler İsveçrəyə istirahət məqsədilə getmişdi. Orada o, çox qəribə bir gəlincik gördü və hamı bu gəlinciyi Lilli adlandırırdı. Bu gəlincik özündən çox əmin görünürdü, həmçinin açıq sarı rəngində saçları və çox gözəl formada olan paltarları var idi. Rut bu gəlinciyə baxdıqdan sonra özlüyündə düşündü ki, bəlkə də artıq uşaqlar "ana – qız" formasında evcik qurub oynamaqdan beziblər. Rut buna əsasən uşaqlar üçün tamamilə böyüklərin həyatına bənzər bir yeni gəlincik yaratmaq qərarına gəldi. Bu düşüncələr içində yanan Rut Lilli gəlinciyinin bütün səlahiyyətlərini öz əli altına aldı və tamamilə yeni texnika ilə işləməyə başladı. İş prosesində onun yoldaşının firması Mattelin çox saylı mühəndisləri və rəssamları da iştirak edirdi. Rut Lilli gəlinciyini bütün hissələrinə qədər ən gözəl formaya salmaq istəyirdi. Barbini yaradaraq Rut sosial sorğu keçirdi. O, müxtəlif yaşlarda olan 100 ana və qız uşağını dəvət edib, bu gəlinciyə baxaraq onun haqqında olan fikirlərini bildirməyi xahiş etdi. Demək olar ki, bütün analar buna qarşı çıxdı, çünki oyuncaqlar tamamilə naturalist görünürdü və bu uşaqların oynaması zamanı onlara zərər yetirə bilərdi, lakin bütün qız uşaqları bir ağızdan məhz belə gəlincik istədiklərini bildirdilər.[2] Nəticədə Rut uşaqların sözünə qulaq asmaq qərarına gəldi, çünki "uşaqlar həmişə sözün düzünü deyirlər".[3]

Həmin müddət ərzində Hollivudda ceyn Mensfild cazibədarlığı işıq sürəti ilə yayılırdı. Barbi gəlincikləri eyni ilə ona bənzəyirdi; böyük həcmli döşlər, nazik sapa bənzər qaşlar, qalın və çox qəşəng rənglənmiş qalın dodaqlar. Barbi üçün ilk paltarlar tanınmış modelyer olan Jivanşi və Dioradan sifariş edilmişdi. 1958-ci ildə Hendler rəsmi yollarla bu gəlinciyin bütün patentlərini öz üzərinə aldı. Gəlincik bütün dünyüda hazırlanmış heç bir oyunacağa bənzəmirdi. Gəlincik hazırlayan şəxslərin qızının adı olan Barbaranın şərəfinə Barbi adlandırıldı və beləcə Barbi dünyaya gəldi.

Barbinin prototipi olan Ceyn Mensfild supermen olan cənab Mikki Hargetya ilə evləndi və özləri üçün bağ evi aldılar. Onun evindəki bütün əşyalar çəhrayı rənginə və bir çox digər açıq rənglərə boyadılmışdı. Həmçinin dekorasioyada müxtəlif mələk və qəlb rəmslərinə də yüksək dərəcədə yer verilmişdi. Bütün Amerika qadınları bu hazırlanmış evi gördükdə ağılları başlarından çıxırdı və özlərini buna bənzətməyə çalışırdılar. Tezliklə dünyaya gələn şahzadələri üçün kiçik saray evləri hazırlamışdılar və bu Ceyn Menfildin cənnəti hesab olunurdu.

1959-cu ildə ilk dəfə olaraq Nyu-York şəhərində təşkil edilmiş yarmarakada bu oyuncaqlar hazırlanmış yeni kəşf kimi tamaşaçıların qarşısına çıxarıldı; uzun ayaqlardan, boya ilə rənglənmiş dırnaqlardan, bütünlükdə bədən ölçülərinə görə seçilən, üzü çox qəşəng şəkildə bəzədilmiş, qulağında sırğalar olan oyuncaq insanların hüzuruna çıxarıldı. Gözəlçənin üzərində cızıqlarla hazırlanmış çimərlik geyimi var idi, irəli doğru çıxmış döşlər və hündür dabanlardan ibarət olan basanojkalar var idi. Yeni oyuncağı iki üsulda təqdim etdilər; sarışın və qaraşın.

Satıcıların çox hissəsini bu oyuncaq cəlb etmədi və maraqlandırmadı. Onlar bütünlükdə əmin idilər ki, amerikan ailələr öz uşaqları üçün heç vaxt belə oyuncaqlar almazlar. Bu zaman Rut bu gəlincikləri satmaq üçün televiziya reklamlarına üz tutmağı qərara aldı. Nəticədə reklam işi tam görə bildi; bütün ştatları Barbi xəstəliyi bürüdü. İlk hissə iri döşlü gəlinciklərdən ibarət idi və 3 sollardan tam 351 hissə satıldı. O vaxtdan sonra qələbə addımları atıldı və iri döşlü, uzun ayaqları barbiləri incə bel formasında hazırlayaraq bütün dünyaya satmağa başladılar.

Rut yalnız bir Barbi forması ilə kifayətlənmək istəmədi. Hazırda gözəlçələrin dörd bacısı, bir qardaşı, iki əmi qızısı və rəfiqələri, həmçinin bu sayda da sahib olduqları heyvanları vardır. Nə qədər böyük ailəsi olarsa o qədər böyük də pul gətirər. Çünki hər yeni yaradılmış model üçün tamamilə yeni paltarlar və yeni maşın tələb olunurdu, həmçinin çoxlu sayda ev üçün mebellər və bir çox əşyalara da ehtiyac yaranırdı. Bütün bunlara hazırda amerikan ailələrinin hansı avadanlıqklardan istifadə etməsi mühüm rol oynayırdı. Buna misal olaraq nə vaxt ki, Ceyn Fond öz üçün ayrobika fikirləşdi, elə bu zaman da Mattel Barbilər üçün idman kassetləri buraxaraq bütün dünyanı özünə heyran etdi.

Barbi üçün düşünlüməsi lazım olan hissələrdən biri isə xüsusi vücuda sahib olan oğlan idi. Rut bu zaman Ken haqqında düşündü. Çünki analıq hissini unutmayaraq o, öz oğlan övladı olan Kennetanın da adına oyuncaq buraxmaq istəyirdi. Onu da qeyd edək ki, uşaqların xaç valideynləri bu ailə üzvlərinin içərisinə daxil edilmədi. İki uşaqlı boşanmış ana olan Barbara Hendler Los Anjels Tayms qəzetinə veridyi müsahibə zamanı demişdir: "Məni Barbi gəlinciyi olmaq bezdirib."

Kenanın yaranması ilə təəccüblü hadisələr də baş verdi. Mattelin rəhbərləri sual atəşinə tutuldu; "Bu oyuncaq da Barbidən seçiləcəkmi?" Hamıya məlum idi ki, Barbinin südəmər uşağa bənzəməsi hələ də bütün anaları narahat edir. Çünki bütün ailələr düşünmək belə istəmirdi ki, onların qızları oğlan fiquru kimi yaradılmış bir oyuncaqla oynayacaqlar.

Uzun sürən müzakirələrdən sonra qərara alındı ki, buraxılacaq Kena oğlan modelinin əynində elə model hazırlanan zaman şortik olsun və çıxarılması mümkün olmayaraq, onun bədəninin bir hissəsi kimi dursun. Nəticədə fabrikdə hazırlanan bu modelin dünyaya gəlməsi yerinə yetirildi, lakin Kena qızlar üçün paltar baxımından çox da əhəmiyyət kəsb etmirdi. Onlar üçün əsas vacib olan isə Kenin öz qız – dostunu necə yanında dayanacağı və ona yaraşıb-yaraşamayacağı idi.

İlk on il Barbi gəlinciyinin sayəsində Hendler ailəsinin cibinə 500 milyon dollardan artıq məbləğ gəlmişdi. 1993-cü ildə Barbi onların ailəsinə 1 milyard dollar məbləğində maliyyə büdcəsi gətirdi, 1994-cü ildə isə bu maliyyə vəziyyəti artıq 2 milyard dollar ilə əvəz edildi. Hazırda isə 40 il bundan əvvəl satılmayan bu gəlinciklər dünyanın 150 müxtəlif ölkəsində bir dənəsi 25–70 dollara satılır. Tədqiqatçıların fikrincə dünyada daha çox tələbat yaradan 20 mal içərisində bu gəlincik də yer alır. Hazırda amerikan ailələrin çoxunun evində ən azı 10 ədəd Barbi gəlinciyinə rast gəlmək mümkündür. Bu vəziyyət İtaliya, Fransa ailələrində də belədir, üstəlik İngiltərədə bu say orta hesaba görə 5 gəlincikdən ibarətdir. Hər il təxminən 20 milyon dollor Barbi satışı olur, lakin 1959-cu ildə ilk dəfə buraxılmış iki dollar yarıma satılan Barbi gəlincikləri üçün hazırda kolleksiya yığan xüsusi şəxslər 2 min dollar məbləğində pul ödəməyə hazırdılar. İndiki zamanda Barbi gəlinciklərini Reyçel London geyindirir, qeyd edək ki, buradan Madonna da öz paltarlarını sifariş edir. Havay adalarında Barbi muzeyi yaradılmışdır. İngiltərədə Mançester adını daşıyan qəsəbədə "Barbisayağı" adını daşıyan evlərdən ibarət olan küçə hazırlanmışdır. Hazırda bütün dünya Mattel kompaniyasını Disney kimi nəhəng formada tanıyır. Mattel firması ekskuliziv icazəyə sahibdir, yəni öz oyuncaqlarını Disneyləndə satır, həm də məşhur fiqurlar olan Tom və Cerrini də hazırlayıb buraxır.

Barbinin əsl adı Barbara Millicent Robertsdir. 1960-cı illərdə onun şəxsi əfsanəsi onun Viskonsin ştatının Willows şəhərindən gəlməsi Corc və Marqaret Roberts ailəsində böyüməsi idi. Random House romanlarında Barbie Willows Liseyində oxuyub halbuki 1999-cu ildə Qızıl Kitablar tərəfindən nəşr olunan "Nəsil Qız" kitablarında Nyu Yorkdakı uydurma Manhetten Beynəlxalq Liseyində oxuyub (real həyatdakı Stuyvesant Liseyi)

1961-ci ildə Barbi öz "sevgilisi" Ken (tam adı Ken Karson) ilə "tanışıb". Kenin istehsalı bir neçə dəfə dayandırılsa da, onlar qırx ildən çox "birlikdə olublar". 2004-cü ildə Mattel Barbie və Kenin ayrıldığını elan etdi[3], lakin iki il sonra onlar "yenidən birləşdilər". Rəsmi əfsanəyə görə, Barbie və Ken evli deyillər. Serialdakı yeganə evli kukla Barbinin 1991-ci ildə Alan adlı "Kenin dostu" ilə "evlənən" və əkiz uşaq dünyaya gətirən sevgilisi Midcdir. 2013-cü ildə Mattel Midge-i "rebrendinq" etmək qərarına gəldi və onu yenidən uşaqsız və subay etdi.[4]

Barbi dəfələrlə Mattel kuklalarının uşaqlara pis təsir etdiyinə inanan tənqidçilər tərəfindən hədəfə alınıb. Ən çox yayılmış ittihamlardan biri Barbinin populyarlığını anoreksiya və bulimiyanın yayılması ilə əlaqələndirir. Medianın təbliğ etdiyi gözəllik ideallarına uyğunlaşma vəsvəsəsi bəzən "Barbi Sindromu" olaraq da adlandırılır. Barbi nisbətlərinin insan üçün qeyri-təbii olduğu iddia edilir: məsələn, Helsinki Mərkəzi Xəstəxanası tərəfindən aparılan hesablamalar göstərdi ki, Barbie nisbəti olan əsl qadın reproduktiv sistemin normal işləməsi üçün çəkisinin 17–22 faizinə çatmaz sistem və xüsusilə müntəzəm menstruasiya.

Cavab olaraq istehsalçılar iddia edirlər ki, kuklalar onların həcmini artıran paltarların geyiniləcəyi gözləntiləri ilə hazırlanıb, lakin 1997-ci ildə Mattel kuklanın fiqurunu bir qədər dəyişdirərək, büstünü kiçildərək belini daha geniş etdi

Bundan əlavə, Barbi tez-tez qızlara qadınlar və qadın davranışları haqqında stereotiplər tətbiq etməkdə günahlandırılır. Ən səs-küylülərdən biri 1992-ci ildə rəflərə çıxan "danışan Barbie" ətrafında qalmaqal idi. Danışan kuklanın dediyi ifadələr arasında "Bizim paltarımız kifayətdirmi?", "Alış-veriş etməyi sevirəm!" kimi ifadələr var. "Gəlin şənlik keçirək!" və "Riyaziyyat çətindir!" Bu kuklanın görünüşü valideynlərin qəzəbinə səbəb oldu, onlar yeni kuklanın istehlakçı həyat tərzini və öyrənməyə hörmətsizliyi təbliğ etdiyini hiss etdilər, həmçinin riyaziyyatın "qadın işi deyil" stereotipini gücləndirdi.

Maraqlı Faktlar

[redaktə | mənbəni redaktə et]
  • Barbi muzeylər tarixində unikal nümunədir: ilk dəfə olaraq mum muzeyində canlı insan deyil, kukla eksponat oldu https://ru.wikipedia.org/wiki/
  • Sindi Cekson öz kumiri Barbi kuklasına bənzəmək üçün 55 plastik əməliyyat keçirib. Nəticədə qadında yalnız alt dodaq qaldı. Daha sonra Sindi sevgilisindən ayrılıb
  • Bir çox müsəlman ölkələrində Barbi kuklalarının satışı qadağan edilib. Eyni zamanda, bir çox cəhətlərinə görə orijinal kuklaya bənzəyən, eyni zamanda müsəlman dəyərlərini təbliğ edən Fulla, Razanna və Cəmilə kimi Barbinin analoqları da var. Hamısının daha təvazökar formaları var və geyimlərində həmişə hicab və ya örtük var. Fulla və Razannanın Barbidən fərqli olaraq romantik partnyoru yoxdur, Cəmilə isə "nişanlı" olub və sonradan onunla "evlənib".
  • Fiat Barbi kuklalarının 50 illiyi üçün Fiat 500-ün xüsusi versiyasını yaratmaq üçün Mattel ilə əməkdaşlıq etdi https://ru.wikipedia.org/wiki/
  • 1959-cu ildə hazırlanan ilk Barbi kuklalarından biri 10.000 dollardan çox qiymətə satılıb.
  • 2012-ci ildə İran müsəlmanlara zərərli təsir göstərdiyi üçün öz ərazisində Barbi kuklalarının satışını qadağan etmişdi.
  • 2012-ci ildə V Magazin üz qabığında 28 yaşlı Odessa Valeriya Lukyanovanın — orijinal kuklaya bənzəyən qızın şəklini dərc etdi.[5]
  • Taypeyin (Çin Respublikası) mərkəzində temalı barbi kafesi var. O, 2013-cü ilin əvvəlində Mattel-in lisenziyası əsasında açılıb və brendin tarixində ilk belə müəssisə olub.
  • Rusiyalı müğənni və model Tatyana Tuzova əsərində Barbi obrazından istifadə edərək özünü canlı gəlincik kimi qələmə verir.
  • İstehsalçı dünyada tullantıların miqdarını azaltmaq üçün təkrar emal edilmiş plastik tullantılardan hazırlanmış yeni kuklalar xəttini işə salır . Bundan əlavə, şirkət 2030-cu ilə qədər təkrar emal edilmiş plastik və bioplastikadan oyuncaq və qablaşdırma istehsalına tamamilə keçəcəyini vəd edib.
  1. "Arxivlənmiş surət". 2007-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-13.
  2. "Arxivlənmiş surət". 2008-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-13.
  3. История Барби
  4. "Arxivlənmiş surət". 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-13.
  5. "Arxivlənmiş surət". 2017-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-13.