Kür şirbiti (lat. Barbus lacerta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin şirbit cinsinə aid heyvan növü.
Kür şirbiti | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Kür şirbiti |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Nisbətən kiçik pulcuqları ilə fərqlənir. Bel üzgəcində 8(7), anal üzgəcində 5 şüa var. Udlaq dişləri 2.3.5-5.3.2. Yan xətt pulcuqlarının sayı 55-72-dir. Yan xətdən yuxarı 9-13, aşağı 6-10-dur. Bədəni uzunsovdur, 2 cüt bığcığı var. Uzunluğu 40 sm-dir. Çəkisi 460 q-dır.[2]
Ömrünün uzunluğu orta hesabla 4-5 il olub, 2-3 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur. Şirinsu balığıdır. Bu balıq çox dəyişkən növdür. Körpələri heyvani, bitki yemləri ilə qidalanır. Dənizdə isə əsas qidası xərçəngkimilər olur.[3]
Azərbaycanda yarımnövlə (Lusibarbus laserta cyri) təmsil olunmuşdur. Kür çayının orta və yuxarı axarlarında, Araz çayında, Pirsaatçayda yayılmışdır. Azərbaycandan kənarda isə Tapavaran, Tuman, Çaldır göllərində, eləcə də Atrek və Dəclə çayları hövzəsində yaşayır. [4]
Cinsi yetkinliyə 2-3 yaşında çatır. Dağ çaylarında yaşayanlar daha tez çatır. Kürüsünü Kür çayında mayın əvvəllərindən, dağ çaylarında isə iyulun axırlarından etibarən tökür. Yetişmiş kürünün diametri 1,35 mm olur.3500-15600-a qədər kürü tökür. Kürülər sualtı cisimlərə yapışaraq inkişaf edir. Reproduktivliyin forması kürü şəklində olur. Uzunluğu 14.0-20.0 sm olan balıqlar 3.6 mindən 15.6 minə qədər kürü tökür. Reproduktivliyin periodu cinsi yetkinliyə çatdıqdan sonra ildə bir dəfə, hər il. Generasiyaların sayı, ömrün uzunluğundan asılı olaraq 2-3 dəfə olur.
Əsasən su cücüləri və onların sürfələri ilə qidalanır, özləri isə digər yırtıcıların qidasını təşkil edir. Qidasını detrit, yosunlar, su cücüləri və onların sürfələri təşkil edir.
Yırtıcı balıqlar, ilanlar, balıqyeyən quşlar və balıq parazitləri.
Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen faktorlar.
Əmtəə keyfiyyətlidir. Az miqdarda həvəskar balıqçılar tərəfindən ovlanır. Ziyanvericilik xüsusiyyətləri yoxdur.
Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır.