Heterodermia dactyliza (Nyl.) Swinsc. et Krog (Physcia speciosa var. dactyliza Nyl. Anaptychia dactyliza (Nyl.) Zahlbr.)
Barmaqvari heterodermiya | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Barmaqvari heterodermiya |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar"– CR 2b(ii, iii). Nadir növdür.[1][2]
Tallom kül-boz rəngli, hündürlüyü 6 sm-ə çatan kol şəklindədir. Substrata ridzin və ya bütün alt səthilə yapışır. Üst qabıq səthi yaxşı inkişaf etmişdir. Uzunsov, bir –birinə paralel yerləşən hiflərdən ibarətdir. Tallom lövhəcikləri dartılmışdır, dixotomik budaqlanmışdır, eni 0,5-1,5 mm-dir. Soredi və izidiləri yoxdur. Apotesiləri dəyirmi, lekanorin tiplidir. Qısa ayaqcıqlar üzərində durur, diametri 1–3 mm-dir. Apotesi diski tünd –qəhvəyi, hamar, işartısız tallom qırağı ilə əhatə olunmuşdur. Tallom və özək KOH təsirindən saralır. Tərkibində atranorin və zeorin maddələri vardır.[1][2][3]
Kolvaritalloma malik mezokserofit növdür. Vegetativ çoxalması tallom lövhəcikləri, cinsi çoxalması sporlarla gedir. Bitki örtüyünün genefondu baxımından əhəmiyyətlidir.[1][2]
Xaçmaz rayonu Yalama qəsəbəsi ətrafında, ağcaqayın gövdəsində, dəniz səviyyəsindən 25 m hündürlükdə olan ərazidir.[1][2][3][4]
Geniş dizyunktiv areala malik olub, bir hissəsi Cənubi Amerikanın tropik rayonlarını (Braziliya, Ekvador), digər hissəsi Şərqi Afrikanı (Tanzaniya, Uqanda) əhatə edir (3). Avropa və Asiya qitələrində yalnız Yalama meşəsində qeydə alınmışdır.[1][2][3]
Antropogen amillər
Turqay meşələrinin qırılması, iqlim rejminin dəyişilməsi, atmosfern çirklənməsidir.[1][2]
Xaçmaz rayonu Yalama qəsəbəsi ətrafında tuqay meşəsinin yasaqlığa çevirmək. Populyasiyaları üzərində daimi nəzarət təşkil etmək.[1][2]