Barren (ing. Barren Island) — Hindistana məxsus olan eyni adlı adada yerləşən vulkan. Bu vulkan Cənubi Asiyanın yeganə aktiv vulkanıdır.
Barren vulkanı | |
---|---|
ing. Barren Island | |
Ümumi məlumatlar | |
Növü | Startovulkan |
Son püskürmə | 2011 |
Mütləq hündürlüyü | 354 m |
Yerləşməsi | |
12°16′40″ şm. e. 93°51′30″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada Andaman adalarından 60 km şərqdə, Port-Blerdən isə 125 km şimal-şərqdə yerləşir. Vulkan dəniz səviyyəsindən 354 metr hündürlüyə malikdir. 2250 metr isə dəniz dibindən qalxır. Vulkan kraterinin diametri 2 km-dir, adanın eni isə 3 km-dir. Barrendən 150 km şimalda Narkomdam vulkanı yerləşir. Onlar eyni şit üzərində yerləşir.
Burada ilk vulkan püskürməsi 1787-ci ildə qeydə alınmışdır. Sonra qeyda alınan püskürmələr:1789, 1795, 1803–04, 1852, 1991, 1994–95, 2004, 2006–07, 2008, 2010 və 2013.