Bars xaqan (v. 711) — VII əsrin ikinci yarısından 710/711-ci ilədək hakimiyyətdə olmuş Qırğız xaqanlığı hökmdarı.
Bars xaqan İnanc Alp Bilgə | |
---|---|
Qırğız xaqanlığı xaqanı | |
VII əsr – 710/711 | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Həyat yoldaşı | İlteriş xaqanın qızı |
Həyatının ilk dövrlərinə aid məlumat azdır. Əvvəllər bəy olsa da, sonra müstəqillik əldə etmiş və İltəriş xaqanın qızı ilə evlənib İnanc Alp Bilgə xaqan adını götürmüşdü. Tabğaclar və Türkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710-711-ci illərdə Tonyukuk, Kül Tigin və Bilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər.
Bəzi tədqiqatçılar Bars xaqanın əslində Manas olduğunu düşünür. Sergey Klyaştornı belə düşünür ki, Altın Göl yazıları Bars xaqanın iki ekiz övladı haqqındadır.
2011-ci ildə Oş şəhərində heykəli ucaldılmışdır.