Tonyukuk

Tonyukuk (çincə - Aşide Yuançjen 阿史德元珍) — Göytürk xaqanlığında fəaliyyətdə olmuş dövlət xadimi. Aşide sülaləsindəndir. İltəriş xaqan, İnel xaqan, Qapağan xaqanBilgə xaqanın vəziri olmuşdur.

Bilgə Tonyukuk Bağa Tarxan
q.türk 𐱃𐰆𐰪𐰸𐰸
681 – 726
Monarxİlteriş xaqan
Qapağan xaqan
Bilgə xaqan
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Milliyyəti Göytürk
Fəaliyyəti dövlət xadimi
Uşağı Po Beq
Dini Tenqriçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

646-cı ildə, Çin hakimiyyətində, Tuul çayının sahilində doğulmuşdur. 679-cu ildə Aşina Qutluğa qarşı üsyankar davransa da 681-ci ildə onun tərəfinə keçdi və Göytürk xaqanlığının yenidən qurulmasına başladı. 682-ci ildə Çin sərkərdəsi Hsüe Cenkueyə (薛仁贵) məğlub olsa da, dövləti yenidən qura bildi.[1] 687-ci ildə yeni 3 illik Çin imperatoru Juyçzun (唐睿宗) hələ gənc idi, dövləti faktiki olaraq anası Vu Zetian idarə edirdi. Bundan istifadə edən Tonyukuk Çinə hücuma keçdi, lakin o Çin ordusunda xidmət edən Bekçeli sərkərdə Houçi Sanqçi (흑치상지) və çinli Li Duoçunun ordusuna Xuanqxuayduy yaxınlıqlarında məğlub oldu.

4 xaqana xidmət etmiş Tonyukuk həmçinin Tonyukuk abidəsinin müəllifidir.[2] 726 və ya 731-ci ildə 85-86 yaşında vəfat etmişdir.[3]

Qızı İl Etmiş Bilgə xatun Bilgə xaqanla evlənmişdir. Bu baxımdan Yollıq xaqanınBilgə Qutluq xaqanın babasıdır.

  1. Tan kitabı, cild 111.
  2. "Tonyukuk abidəsi". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-10.
  3. Tonyukuk abidəsi