Bilgə xaqan (çin. 阿史那默棘連; 683[1] – 734[1] və ya 25 noyabr 734, Ötüken) — İkinci Göytürk Xaqanlığının 716-cı ildən xaqanı.
Bilgə Bögü xaqan | |
---|---|
𐰋𐰃𐰠𐰏𐰀𐰴𐰍𐰣 | |
716 – 734 | |
Əvvəlki | İnel xaqan |
Sonrakı | Yollıq xaqan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | zəhər[d] |
Atası | İlteriş xaqan |
Anası | İlbilgə Xatun |
Həyat yoldaşı | Po Beq |
Uşaqları |
Yollıq xaqan Bilgə Qutluq xan Syüan |
Ailəsi | Aşina |
Dini | Tanrıçı |
Əsl adı Bögü olub, taxta çıxdıqdan sonra Bilgə adını qəbul etmişdir. İltəriş xaqanın və İlbilgə Xatunun oğlu idi. 700-cü ildə tanqutlara qarşı yürüşdə iştirak etmişdi. 701-ci ildə Onq Tutukun başçılığındakı 50.000 əsgərdən ibarət Tan sülaləsi ordusunu məğlubiyyətə uğratmışdı. 703-cü ildə isə Aşina sülaləsi tərəfindən idarə olunan lakin xaqana tabe olmayan basmıllara hücum etmişdi. 705-ci ildə 80.000 əsgərdən ibarət Çaça Senqun başçılığındakı Tan ordusunu məğlubiyyətə uğratmışdı. Lakin 709-cu ildə Yenisey qırğızlarına məğlub olmuşdu. Sonrakı il gecə basqını ilə qırğızlar da məğlub edilmişdi. 710-cu ildə Sakal xanın başçılığındakı türgişlər də məğlub edildi və tabe edildi. 715-ci ildə isə qarluqlar Tamaq dağında məğlub edildi.[2] 716-cı ildə 33 yaşında Kül Teginin xan olmaq istəməməsilə taxta çıxdı.
Hakimiyyətə gəldikdən sonra Kül Tegin vəliəhd elan olundu. Bilgə xaqan oturaq həyata keçmək istəsə də Tonyukuk onu bu fikirdən daşındırdı.[3] Həmçinin Buddizm və Taoizmə də maraq duyan Bilgə xaqanın bu dinləri yaymaması məsləhət görüldü. Xarici siyasət Kül Teginin əlində cəmlənmişdi.
720-ci ildə Tonyukukun başçılığındakı bir ordu Çin vassalı basmıllara hücum etmişdi. Yüan Çen başçılığındakı basmıl-tatab-kidan-çin ordusu 300.000 nəfərdən ibarət idi. Bu ordunun məğlubiyyəti Çin üçün böyük zərbə oldu. Türklər, ilk dəfə bu döyüşdə qadınları və uşaqları belə öldürmüşdülər — hansı ki, bu türk müharibələrində görünən bir adət deyildi. 722-ci ildə bu tayfaların müqaviməti də qırılmışdı. Bundan sonra Çinlə sülh münasibətləri başladı.
731-ci ildə Kül Teginin vəfat etdi. İmperator xaqana başsağlığı göndərdi və Kül Tegin üçün bir abidə tikdirdi. Həmin il çinlilərlə əlaqələr yenidən pozuldu. Kidanların başçısı Ketuqan xana 40000 türk əsgər verən xaqan 733-cü ildə çinliləri ağır məğlubiyyətə uğratmışdı. Bu illərdə qızını Suluk xana verdi, öz oğlunu da Sulukun bacısı ilə evləndirdi.
Xaqan Buyruq Çor adlı bir əyan tərəfindən zəhərlənmişdi. Xaqan bundan xəbər tutanda gec idi amma ölümdən öncə Buyruq Çor və ailəsini edama məhkum etmişdi.[4]
25 noyabr, 734-cü ildə vəfat etmişdi. Taxta oğlu Yollıq xaqan çıxmışdı. Bilgə xaqanın dəfn mərasimi 22 iyun 735-ci ildə baş tutmuş, 500 xarici səfir mərasim üçün qızıl və gümüş, şamlar gətirmişdi. Kədərlənən türklər öz qulaqlarını, üzlərini, burunlarını kəsmişdilər. Xaqanın şərəfinə atlar, itlər, samurlar və sincablar qurban verilmişdi.
Tonyukukun qızı El Etmiş Bilgə xatun ilə evlənmişdir.
Bu kitabə, Müdrik Xaqanın ölümündən (734) bir il sonra (735), öz oğlu olan Tengri kağan tərəfindən diktirilmiştir. Bu kitabədə da danışan; Kül Tigin kitabədə də olduğu kimi, Bilge Xaqandır.[5]