Basklar ölkəsi (bask Euskal Autonomia Erkidegoa; isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyildirlər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir.
Muxtar icma | |
Basklar ölkəsi | |
---|---|
bask Euskal Autonomia Erkidegoa isp. Comunidad Autónoma del País Vasco | |
bask Euskadi isp. País Vasco |
|
42°50′00″ şm. e. 2°41′00″ q. u.HGYO |
|
Ölkə | İspaniya |
İnzibati mərkəz | Vitoriya-Qasteys |
Prezident | bask Iñigo Urkullu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 7,234 km² (14-cü yer) |
Hündürlük | 876 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | ES-PV |
Telefon kodu | +34 94 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İspaniyanın şimalında avtonom regiondur. Sahəsi 7,234 km² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir. Regiona muxtariyyət 25 İyul 1979 tarixində verilmişdir. Region öz daxilində təhlükəsizliyini Ertzaintza deyilən polis təşkilatı ilə təmin etməkdədir.
Regiondakı qanunlar Muxtar ölkəni üç vilayətdən ibarət olan bir federasiya olaraq idarə edir. Bu sistem 1200-cü ildən bəri regionda fasilələrlə istifadə edilən Foral Sistemi'dir. Fransisko Frankonun 1978-ci ildə tərtib etdiyi Konstitusiya regiona tarixi bir haqq olaraq geniş səlahiyyətlərlə bir muxtariyyət statusu vermişdir. Bask Parlamenti və hökuməti Vitoria - Gasteiz də yerləşir. Parlamentdə 25 nümayəndə iştirak edir və bu nümayəndələrin səsləriylə Regionun Baş naziri (Lehendakari) seçilir. 1937-ci ildən bəri baş nazirlər Bask Milliyyətçi Partiyasından seçilir. Bask Ölkəsi öz polis təşkilatına (Ertzaintza) və öz radio/televiziyasına (Euskal Irrati Telebista) malikdir və digər güclər Gernika Aktı ilə zəmanət altındadır.
Aparılan son tədqiqatlar zamanı məlum olmuşdur ki, baskların 28.2% muxtariyyətin sərhədlərindən kənarda dünyaya gəlirlər.[2]
Bask dili və ispan dili bölgədə rəsmi dillərdir. 1984 cü ildə edilən bir dil ilə əlaqədar siyahıya almada xalqın 23%-inin Bask dilini başa düşdüyü, 21%-inin danışa bildiyi, 13%-inin oxuya bildiyi və 10%-inin isə yaza bildiyi ortaya çıxmışdır.
Regiondakı Bask millətçiləri Navarra torpaqlarının tarixi Bask ölkəsinin olduğunu və paytaxtlarının da Pamplonaya köçürülməsi iddiasındadırlar . Bask Hökuməti, Navarranın simvolu olan Laura Bat gerbini illərdir ki, istifadə edir.
Bask ölkəsi adam başına düşən 30,680 ABŞ dolları gəlir ilə İspaniyanın ən zəngin regionlarından biridir.
İspaniyada bəzi digər ərazilərdə olduğu kimi Basklar ölkəsi də siyasi müstəqillik tələb edir. İspaniya rəsmiləri isə İspaniyanın heç vaxt parçalanmayacağını, basklara ən yaxşı halda Ali Muxtariyyət hüququnun verilə biləcəyni bildirirlər. Hal-hazırda Basklar ölkəsi Ali Muxtariyyətə sahibdir. Lakin ərazidə yaşayan əhalinin 65%-i tam müstəqil olmağın tərafdarıdır. Baskların siyasi yöndə iki tələbləri var. Bunlardan birincisi Navarranın basklarla sərhəd olan ərazilərinin onlara verilməsidir. Digər tələb isə müstəqil respublikanın yaradılmasıdır. Baskların müstəqilliyi naminə mübarizə apardığını bildirən ETA təşkilatı 52 ildir ki, bu hədəflərin heç birinə nail ola bilməmişdir. Baskların çox az bir qismi ETA-nın tərəfini tutur. Bunun əsas səbəbi kimi, onlar müstəqilliyə gedən yolun terrorla yox, düzgün siyasi addımlarla mümkün olacağını düşünürlər. Baskların siyasi təşkilatlarından ən radikalı Batasunadır. İspaniyada çoxları ETA-nı Batasunanın hərbi qanadı hesab edirlər. Batasuna açıq formada ən qısa zamanda müstəqil dövlətin yaradılmalı olduğunu bildirirdi. 2003-cü ildə İspaniya dövləti Batasunanı separatçılıq fəaliyyətinə görə bağlamışdır. Ona tabe olan digər partiya isə 2008-ci ildə bağlanmışdır.[3]
Bask avtonom regionu daxilində bir çox siyasi partiya mövcuddur. Bunlar;
ETA — Basklar ölkəsinin müstəqilliyi naminə silahlı mübarizə aparan bask radikal-solçu, milliyyətçi və separatçı təşkilatdır. 1959-cu ildə Franko diktaturasına qarşı mübarizə məqsədilə yaranmışdır. 1962-ci ildə təşkil olunan bask solçu-milliyyətçilərinin plenumunda təşkilatlanma prosesini başa çatdıran ETA, özünün əsas məqsədi kimi müstəqil bask dövlətinin (Euskadi) yaradılmasını qarşıya qoymuşdur.[4][5] ETA-nın emblemi baltaya sarılmış ilandır. Bununla Bask xalqının sonsuz azadlıq arzusu ifadə edilir.[6][7][8]
1968-ci ildə silahlı mübarizəyə başlayan ETA 829 nəfərin ölümünə, minlərlə insanın yaralanmasına və onlarla insanın qaçırılmasına görə məsuliyyət daşıyır.[9][10][11][12] ETA İspaniya və Fransa tərəfindən rəsmi olaraq terror təşkilatı kimi tanınmışdır.[13] Bu ölkələrdən başqa Avropa İttifaqı[14] və Amerika Birləşmiş Ştatları[15] tərəfindən terror təşkilatı kimi tanınmışdır.