Basketbol tarixi

Ceyms Neysmit

Basketbol 1891-ci ildə ABŞ-nin Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimı Ceyms Neysmit tərəfindən yaradılmışdır. Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı. Hazırda, dünyada milyonlarla insan bu oyunu oynayır.

Ceyms Neysmit 1861-ci ildə Kanadada anadan olmuş, 1939-cu ildə vəfat etmişdir.

21 dekabr 1891-ci ildə Ceyms Neysmit beş əsas ideyadan və 13 qaydadan istifadə edərək yeni oyunun qaydalarını nəşr etdirdi.[1]

Ceyms Neysmitin zəhmətini qiymətləndirərək 1911-ci ildə Sprinqfilds kolleci onu fəxri bədən tərbiyəsi ustası dərəcəsi ilə təltif etmişdir. 1939-cu ildə Mak Qill Universiteti Neysmitə tibb doktoru dərəcəsi ad verdi, 1968-ci ildə Sprinqfilds kollecində “Basketbol şərəfi zalı” adlı Ceyms Neysmit muzeyi açılmışdır.

Basketbolun inkişafı

[redaktə | mənbəni redaktə et]
İk basketbol meydançası

Basketbolun inkişafı qaydalara, ləvazimata, qurğulara və basketbolçunun geyiminə öz təsirini göstərdi. 1983-cü ildə ilk dəfə dəmir halqa ilə top qəbul olundu. 1984-cü ildə topun ölçüsü 30-32 düym (76,2-81,3 sm.) qədər artdı.

1895-ci ildə 15 fut məsafədən yerinə yetirilən cərimə artmaları qəbul olundu. 1986-cı ildə topun bütün variantlarla aparılması qanuniləşdi.

1891-1918-ci illər basketbolun inkişafının birinci mərhələci hesab olunur – bu mərhələdə basketbol yeni oyun kimi puxtələşir. Gimnastika dərslərinin canlanması üçün icad olunan basketbol sonralar öz xüsusiyyəti ilə idman oyununa çevrildi.

1984-cü ildə ABŞ-də ilk dəfə rəsmi oyun qaydaları nəşr olundu və bunun əsasında yarışlar keçirilməyə başlandı. Oyunun yayılması ilə onun texnikası və taktikası da formalaşırdı.

Topun tutulması, ötürülməsi, aparılması və səbətə atılması kimi texniki fəndləri meydana gəldi. Lakin texnikada dinamiklik çatışmırdı – bütün ötürmələr və atmalar bir yerdən iki əllə yerinə yetirilirdi. Taktikada komanda üzvlərinin oyun funksiyası və onların müdafiəçilərə və hücumçulara bölünməsi müəyyənləşdi. Əsasən bu illər basketbol AvropaCənubi Amerika ölkələrinə yayılmağa başladı.

Milli Basketbol Federasiyaların yaradılması onun gələcək inkişafına təcir göstərdi. 1919-1931-ci illər basketbolun inkişafının ikinci mərhələsi kimi xarakterizə olunur.

1932-ci ildə Beynəlxalq Basketbol Federasiyası – BBF (FIBA) yaradıldı. Bu federasiyaya Argentina, Yunanıstan, İtaliya, Latviya, Portuqaliya, Rumıniya, İsveçÇexoslovakiya daxil oldu (8 ölkə).[2] 1935-ci ildə Cenevrədə ilk dəfə Avropa çempionatı keçirilmişdi. Bu çempionatda yüksək yeri Pribaltika basketbolçuları tutmuşdu. Avropanın ilk çempionu Latviya komandası olmuşdu.

İlk dəfə qadınların Аvropa çempionatı 1938-ci ildə keçirilmişdi. 1935-ci ildə isə basketbol Olimpiya oyunları proqramına daxil edildi. 1936-cı ildə isə XI Olimpiadada – (Berlin-Almaniya) 21 ölkə basketbolçuları iştirak etmişdir. Bu zaman BBF-nın ilk konqresi keçirilmişdi. Konqres basketbol oyunu üçün vahid qayda qabul etmişdi.

İlk basketbol toplarından biri

1948-1956-cı illər basketbol inkişafının üçüncü mərhələsidir. BBF – başqa beynəlxalq idman birliklərinə başlıca yer tutmuşdu. BBF-nın rəhbərliyi altında beynəlxalq yarışlar, çempionatlar keçirilir. 1948-ci ildə Beynəlxalq Basketbol Federasiyasında 50 ölkə iştırak edir. 1950-ci ildə Argentinada ilk dəfə kişi komandalarının dünya çempionatı keçirilmiş və bu çempionatda argentinalılar qalib gəlmişdilər.[3]

Üç ildən sonra Çilidə qadın komandaları ücün dünya birinciliyi keçirildi. Dünya çempionu adını ABŞ idmançıları qazanmışdı. Sonralar çempionatlar dörd ildən bir keçirilir.

Hər il BBF-nın rəhbərliyi altında kubok uğrunda çempionatlar və kuboklar kuboku uğrunda basketbol yarışları təşkil olunur. Belə BOK-in qərarına görə 1976-cı ildə keçirilən XXI Olimpiya oyunlarında (Monrealda-Kanada) qadın komandaları daxıl edildi. Basketbol indi bütün dünyada inkişaf etmiş və sevimli oyuna çevrilmişdir. Hazırda Beynəlxalq Federasiya 167 ölkə Milli Federasiyasını öz heyətində birləşdirir.

  1. Arceri-Bianchini, p. 18-19.
  2. History of FIBA, in FIBA.com. Arxivləşdirilib 2007-10-09 at the Wayback Machine
  3. Arceri-Bianchini, p. 185.