Ceyms Neysmit

Ceyms Neysmit (6 noyabr 1861 – 28 noyabr 1939) — ABŞ-nin Massaçusets ştatının Sprinqfild kollecinin bədən tərbiyəsi müəllimi, məşqçi və novator, basketbolun yaradıcısı.[4]

Ceyms Neysmit
ing. James Naismith[1]
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 6 noyabr 1861(1861-11-06)[2][3]
Vəfat tarixi 28 noyabr 1939(1939-11-28)[2] (78 yaşında)
Vəfat yeri
Təhsili
Boyu 179 sm
İdman növü basketbol
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Doğulduğu Ontarioda şərəfinə qoyulan abidə

Ceyms Neysmit 1861-ci ildə Kanadada, Almonte şəhərinin tərkibinə daxil olan Ramsi (ing. Ramsay Township) qəsəbəsində anadan olmuşdur. 1883-cü ildə Almonte şəhər orta məktəbini (ing. Almonte High School) bitirib. Həmin ildə də Monrealda Makgill Universitetinə daxil olur. Təhsil illərində Neysmit Kanada futbolu, Avropa futbolu və gimnastika üzrə universitet komandasında çıxış etməyə başlayır. Kanada futbolunda o mərkəz mövqeyində oynayırdı və ilk dəfə olaraq oyunlarda qoruyucu dəbilqə tətbiq etməyi təklif etmişdir. O həm də gimnastikada möhtəşəm uğurlarına görə bir neçə Vikstid (ing. Wicksteed) medalına layiq görülüb. Neysmit 1888-ci ildə Monrealda bədən tərbiyəsi üzrə bakalavr dərəcəsi və Presviterian Kollecinin (ing. Presbyterian College) diplomunu almışdır.

1891-ci ildə o, ABŞ-nin Massaçusets ştatının Sprinqfild kollecinin bədən tərbiyəsi müəllimi işləyərkən basketbol oyununu yaratmışdır. O basketbol oyununun qaydalarına dair kitab yazmış və ilk basketbol proqramının əsasını da qoymuşdur.[5]

Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı. Hal-hazırda dünyada milyonlarla insan⁵ bu oyunu oynayır. O bu oyunu yaradarkən Amerika qitəsində topla oyunların tarixi məlumatlarından istifadə etmişdir. Ceyms Neysmitin zəhmətini qiymətləndirərək 1911-ci ildə Sprinqfild kolleci onu fəxri bədən tərbiyəsi ustası dərəcəsi ilə təltif etmişdir.

1939-cu ildə Makgill Universiteti Neysmitə tibb doktoru dərəcəsi ad verdi, 1968-ci ildə Sprinqfild kollecində "Basketbol şərəf zalı" adlı Ceyms Neysmit muzeyi açılmışdır.

Ceyms Neysmit 1939-cu ildə noyabr ayının 28-də Kanzasda vəfat edib.[6]

Təhsili və akademik mövqeləri

[redaktə | mənbəni redaktə et]

Yaşadığı illər ərzində Ceyms Neysmit aşağıdakı cədvəldə öz əksini tapan təhsilə və akademik mövqelərə yiyələnmişdir[6]:

Məkan Mövqe İllər Qeydlər
Bennie ibtidai məktəbi (Almonte, Ontario) İbtidai məktəb 1867– 1875
Almonte Ali Məktəbi Orta məktəb 1875–1877, 1881–83 Məktəbdən çıxıb və yenidən bərpa olunub
Makgill Universiteti Universitet tələbəsi 1883–87 Bədən tərbiyəsi üzrə bakalavr təhsili
Makgill Universiteti Bədən tərbiyə üzrə instruktor 1887–1890 Qızıl Vikstid medalı (1887), Ən yaxşı hərtərəfli (bacarıqlı) atlet; Gümüş Kubok (1886), Bir km-lik yürüş üçün birincilik mükafatı; Gümüş Vikstid medalı (1885); Makgillin ilk universitet məktublarından biri ilə mükafatlandırılıb.
Presviterian Kolleci, Monreal İlahiyyat təhsili 1887–1890 İlahiyyatda müntəzəm və xüsusi şərəfli işlər üçün ikinci ən yüksək mükafata və gümüş medala layiq görülüb.
Sprinqfield Kolleci Bədən tərbiyə üzrə instruktor 1890–1895 1891-ci ilin dekabrında Basketbol topunun ixtirası.
Denverdə Gənclərin Xristian Assosiasiyası Bədən tərbiyəsi üzrə instruktor 1895–1898
Kanzas Universiteti Bədən tərbiyəsi üzrə instruktor və kilsə direktoru 1898–1909
Kanzas Universiteti Basketbol məşqçisi 1898–1907 İlk basketbol məşqçisi
Kanzas Universiteti Professor və Universitet həkimi 1909–1917 I Dünya müharibəsinə görə 1914-cü ildən başlanan boşluq illəri
Birinci Kanzas Piyadaları Kapellan (dini rütbə olsa da, hərbi rütbələrdən polkovnik-leytenant rütbəsinə uyğundur)/Kapitan 1914–1917 I Dünya Müharibəsi ilə əlaqədar hərbi xidmət
Birinci Kanzas Piyadaları (Meksika sərhəddində) Kapellan 1916
Fransada hərbi və Gənclərin Xristian Assosiasiyası katibi Əxlaqi şərtlər və cinsi təhsil üzrə mühazirəçi 1917 −1919
Kanzas Universiteti İdman Direktoru 1919–1937 1937-ci ildə təqaüdçü

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ceyms Neysmit şotland immiqrantları olan Marqaret və Con Neysmitin ikinci övladı idi. Onun anası Marqaret Yanq 1833-cü ildə anadan olub və 1852-ci ildə Kanadanın Lanark vilayətinə köçmüşdür. O, ailəsinin 11 övladından dördüncüsü idi.[7] Ceyms Neysmitin atası Con Neysmit də 1833-cü ildə anadan olmuş və Avropanı 18 yaşı olanda tərk etmiş və Kanadanın Lanark vilayətində məskunlaşmışdır. 1894-cü ilin iyun ayının 20-də Neysmit Mod Evelin Şermanla (1870–1937) Sprinqfilddə ailə həyatı qurmuşdur. Onların 5 övladı olmuşdur:

  • Marqaret Mason (Stenli) (1895–1976),
  • Helen Karolin (Dodd) (1897–1980),
  • Con Edvin (1900–1986),
  • Mod Ann (Dauv) (1904–1972)
  • Ceyms Şerman (1913–1980).[6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Deutsche Nationalbibliothek Record #121214273 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 James Naismith // Encyclopædia Britannica (ing.).
  3. Sports-Reference.com (ing.).
  4. "James A. Naismith" Arxivləşdirilib 2019-04-02 at the Wayback Machine. Biography.com.
  5. Sandomir, Richard (2015–12–15). "Basketball's Birth, in James Naismith's Own Spoken Words" Arxivləşdirilib 2019-11-04 at the Wayback MachineThe New York TimesISSN 0362–4331 Arxivləşdirilib 2018-04-16 at the Wayback Machine.
  6. 1 2 3 Dodd, Hellen Naismith (January 6, 1959). "James Naismith's Resume"Naismith Memorial Basketball Hall of Fame. Archived from the original on November 19, 2007. 
  7. Laughead, George. "Dr. James Naismith" Arxivləşdirilib 2019-05-22 at the Wayback MachineKansas Heritage Group. Retrieved 2013–09–14. In the late 1930s he played a role in what became the National Association of Intercollegiate Basketball.