Bassiani – Tbilisi şəhərində yerləşən gecə klubudur. 2014-cü ildə əsası qoyulmuş klub şəhərin ən böyük idman meydançası olan Dinamo Arenada yerləşir və istifadə olunmayan su hovuzunu əsas rəqs meydançası kimi istifadə edir.[1] Gürcüstanın ən böyük texno klubu olan Bassiani, eyni zamanda 1.200-ə qədər qonaq qəbul edə bilir.[2] Həm yerli, həm də xarici ifaçıların səhnə aldığı klub, tez-tez xarici medianın diqqətini çəkir.[1][3] 12 may 2018-ci ildə polis tərəfindən klubda reyd keçirilmiş və obyektin sahiblərinin ikisi də həbs edilmişdir.[4]
Bassiani (gürc. ბასს-იანიBass-iani) sözünün gürcü dilindən hərfi tərcümədə mənası "bass ilə bir nəfər" deməkdir. Klub XIII əsrdə Gürcüstan çarlığı ilə Rum sultanlığı arasında baş vermiş Basian döyüşünün şərəfinə adlandırılmışdır.
2017-ci ildən etibarən klub 8 daimi artistə malikdir: Function, Hamatsuki, HVL, Kancheli, Kvanchi, NDRX, Zitto, və ZESKNEL.[5]