Boris Payçadze adına Dinamo Arena

Boris Payçadze adına Dinamo Arena (gürc. ბორის პაიჭაძის სახელობის ეროვნული სტადიონი) — Gürcüstanın Tbilisi şəhərində yerləşən və "Dinamo" (Tbilisi) klubunun ev oyunlarını keçirdiyi stadion.

Dinamo Arena
ბორის პაიჭაძის ეროვნული სტადიონი
Xəritə
Tam adı Boris Payçadze adına Dinamo Arena
Yeri Tbilisi, Gürcüstan
Təməli qoyulub 1936
Tikilib 1936
Açılış tarixi 29 sentyabr 1936
Sahibi Gürcüstan Dinamo Tbilisi
Tamaşaçı tutumu 55.000
Ev sahibi komanda Dinamo Tbilisi
Ot örtüyü ot
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və haqqında

[redaktə | mənbəni redaktə et]
Stadionun layihəsi.

Stadion 1936-cı ildə gürcü memarı Giya Kurdianinin layihəsi əsasında tikilib. O vaxt "Dinamo" stadionu 35 min tamaşaçı tuturdu. Sonralar, 1970-ci illərdə, stadionun tamaşaçı tutumu 78 min yerə qədər artırılıb. "Dinamo" stadionu sovet dövründə, Lavrenti Beriyanın sonra isə Leninin adını daşıyıb. Postsovet dövründə Milli adına dəyişdirilib. 1995-ci ildən gürcü futbolçu Boris Payçadzenin adını daşıyır. 2011-ci ildə "Dinamo" adı stadiona qaytarılıb.

Yenidən qurulmuş stadionda ilk rəsmi oyun 1976-ci il sentyabrın 29-da UEFA Kubokunun 1/32 final mərhələsinin "Dinamo" (Tbilisi) ilə Uelsin "Kardiff Siti" komandaları arasında keçirilən görüşündə olub, bu görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 1981-ci ildə UEFA Kuboklar Kubokunun qalibi olmuş "Dinamo" (Tbilisi) komandasının futbolçularını təbrik etmək üçün stadiona 80 min azarkeş gəlib.

SSRİ milli futbol komandası burada bir neçə beynəlxalq oyun keçirib. "Spartak" (Moskva)"Dinamo" (Kiyev) futbol klubları burada tez-tez öz beynəlxalq yaz oyunlarını keçirirdilər.

Futbol üzrə Gürcüstan Çempionatının "Dinamo" (Tbilisi)"Kolxida-1913" klubları arasında oynanılan birinci mövsümün ilk oyununu stadiondan 100 min azarkeş canlı izləyib.

Stadionda ilk dəfə rekord tamaşaçı sayı 1979-cu ildə qeydə alınıb, həmin gün "Dinamo" (Tbilisi) ilə İngiltərənin "Liverpul" komandaları arasında oyunu izləmək üçün stadiona 110 min nəfər gəlib. Sovet İttifaqında "Dinamo" (Tbilisi) stadionu tamaşaçı davamiyyəti üzrə rekordçu olub, hər oyuna orta hesabla 45 min tamaşaçı gəlib. Tamaşaçı sayına görə ən böyük rekord 1995-ci ildə GürcüstanAlmaniya milli futbol komandası arasında oynanılan oyunda yenidən təkrarlanıb, bu oyunu seyr etmək üçün stadiona 110 min tamaşaçı gəlib. Gürcüstan milli futbol komandası əksər beynəlxalq və yoldaşlıq oyunlarını bu stadionda keçirir. Burada Gürcüstan millisi Uelsə 5-0, Polşaya 3-0, Ermənistan millisinə isə 7-0 böyük hesabla qalib gəlib.

2006-cı ildə aparılmış yenidənqurma işlərindən sonra stadion fərdi plastik oturacaqlarla təchiz edilmişdir, stadionun tamaşaçı sayı 55 minə endirilmişdir. 2015-ci il avqustun 11-də stadionda İspaniyanın "Barselona""Sevilya" komandaları arasında UEFA Superkuboku matçı keçirilib.

Stadionun rəsmi adları

[redaktə | mənbəni redaktə et]
  • Dinamo stadionu (1935-1937)
  • Lavrenti Beriya adına Dinamo stadionu (1937-1952)
  • Dinamo stadionu (1952-1964)
  • Vladimir Lenin adına stadion (1976-1990)
  • Milli stadionu (1990-1995)
  • Boris Payçadze adına Milli stadion (1995-2011)
  • Boris Payçadze adına Dinamo Arena (2011-h.h)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]