Batan adası (ing. Batan Island) — Filippinin Lusonkom boğazı ilə Cənubi Çin dənizi arasında yerləşən vulkanik mənşəli adadır. İnzibati cəhətdən Batanes əyalətinə (Kaqayan vadisi regionu, Filippin) aiddir. Sahəsinə görə Filippində yerləşən 43-cü adadır.[1]
Batan adası | |
---|---|
ing. Batan Island | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 95,18 km² |
Uzunluğu |
|
Eni | 6,3 km |
Hündür nöqtəsi | 1009 m |
Əhalisi | 11.979 nəfər (2010-cu il) |
Yerləşməsi | |
20°25′00″ şm. e. 121°58′00″ ş. u.HGYO | |
Ölkə | Filippin |
Region |
|
Rayon |
|
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Batan adası cənub-qərbdən şimal-şərqə qədər 19 kilometr uzunluğa malikdir. Adanın eni 2 kilometrdən 5 kilometrə qədər dəyişə bilir. Sahəsi 95,18 km²-dir. Adanın ən yüksək nöqtəsi — İraya dağıdır. Dağ 1009 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşmişdir. Son dəfə 1454-cü ildə püskürmüşdür.[2] Əhalinin siyahıya alınması üzrə 2010-cu ilə əsasən Batan adasında 11979 insan (2000-ci ildə 11173 nəfər) yaşayırdı. Adada əsasən ivatani qrupunun etnoqrafiya nümayəndələri məskunlaşmışdır.[3] Adada dörd qəsəbə yerləşmişdir: Basko (2015-ci il məlumatlarına əsasən 8579 insan), Maxatao (1555), İvana (1327) və Uyuqan (1297).
Batan adasından 4,5 kilometr cənub-qərbdə Sabtanq adası, 30 kilometr şimal-qərbdə isə İtbayat adası yerləşmişdir.
Filipinə Yaponiyanın müdaxiləsi 1941-ci ilin dekabrında İkinci dünya müharibəsinin gedişatında başlandı. İmperator ordusu tərəfindən hücüm edilmiş ölkənin birinci nöqtəsi məhz Batan adası oldu. Birinci hücum bu müharibədə ABŞ ərazisinə düşmən qoşunlarının Pörl Harbora hücumundan bir neçə saat sonra həyata keçirilmişdir.[4] Ada döyüşsüz tutulmuşdu. Bir neçə saat ərzində yaponlar uçuş meydanını təchiz etdilər və Filipinin ən böyük adasının tutulması məqsədi ilə gələcək irəliləyişə başladılar. Bu istiqamət Luzona tərəf idi. Lakin Klark-Fild uçuş meydanında müvəffəqiyyətli hücumla əlaqədar Batandakı aerodroma ehtiyac qalmadı.[5].