Top göyərtəsi və ya Batareya göyərtəsi - çoxgöyərtəli xətt gəmisi və freqatlarda orta kalibrli döyüş toplarının yerləşdiyi göyərtə. Top göyərtəsi və ya Batareya göyərtəsi ilk olaraq 1500-cü ildə fransız gəmisi - de Şarj qapalı top portları ilə təkmilləşdirilməsindən meydana çıxmışdır.
1637 ci ildə ingilis gəmi mühəndisi, Fineas Pett ilk olaraq üçqatlı; kiçik kalibrli toplar üçün III qat, orta kalibrli toplar üçün II qat, iri kalibrli toplar üçün I qat nəzərdə tutulan gəmi inşa etmişdir.
Yelkənli döyüş gəmilər batareya göyərtələrinə görə gəmi ranqlarına bölünürlər.