Batyarlıq və ya batyar (ukr. батяр, pol. baciar) — XIX əsrin ortalarından XX əsrin ortalarına qədər mövcud olan Lvov subkulturası.[1]
Subkulturanın adı macarca "quldur", "macəraçı" mənasını verən və İran dillərindən gələn "betyár" sözü ilə verilmişdir.[2] XIX əsrdə Lvov Avstriya-Macarıstan imperiyasının bir hissəsi olduğu üçün onun polislərinin bir qismi macar idi və onlar bu termini yerli dialektə öz ana dillərindən gətirmişdilər.[3] Yan Lyamın məlumatına görə, termin "gündən-günə yaşayan, baxımsız, kirli, sərxoş, haqqında yalnız nifrətlə danışılan bir şəxsi" təsvir edirdi.[4] Lvovda batyar müxtəlif təşəbbüslərə və riskli zarafatlara qadir olan cəsarətli adama deyilirdi. Batyarların əksəriyyəti şəhərətrafı qəsəbələrin meyxanalarda və bağlarda toplaşan (xüsusilə Lıçakov və Podzamçe) sakinləri idi.[1][5]
Batyarlar polyak, ukrayn, alman və ivrit sözlərinin qarışığı olan xüsusi jarqondan istifadə edirdilər, bəziləri hələ də Lvovda istifadə olunur.[6] 1933-cü ildə Lvovda aparıcılar Tonko və Şçepço ilə birlikdə "Şən Lvov Dalğası" radio proqramı çıxdı, bunun sayəsində Polşanın digər vilayətlərində batyar subkulturasını daha da tanınmışdır.[1] Batyarlıq əsasən polyaklar arasında geniş yayılmışdı, bunu Lvov Polşa batyar folkloru sübut edir.[7] 1939-cu ildə Şərqi Polşanın Sovet İttifaqı tərəfindən işğalından və yenidən 1945-ci ildə Ukrayna SSR-in bir hissəsi kimi Sovet İttifaqına birləşdirilməsindən sonra azalmışdır. Sovet hakimiyyəti Polşa sakinlərinin əksəriyyətini deporasiya etmiş və yerli polyak mədəniyyətini sıxışdırmışdır.[8]
Musiqisini bəstəkar Xenrik Varsın bəstələdiyi, sözlərini Emanuel Şlexterin yazdığı "Yalnız Lvovda" mahnısı batyarların himni hesab olunurdu hesab edilirdi.[1]
Lvov Şəhər Şurasının 1 may 2008-ci il tarixli qərarına əsasən, şəhərdə hər il Batyar Günü keçirilməyə başlanmışdır.[9] Lvovda Batyar Günü sovet bayramı olan 1 May Beynəlxalq Əmək Gününü əvəz etmişdir.[10]