Bayburtun mühasirəsi — Səfəvi imperiyasının əlində olan Bayburt şəhərinin Osmanlı ordusu tərəfindən mühasirəyə alınması nəzərdə tutulur.[1]
Bayburtun mühasirəsi | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1514–1555) | |||
| |||
Tarix | 1514 oktyabr | ||
Yeri | Bayburt, Türiyə | ||
Səbəbi | Səfəvi-Osmanlı münasibətləri | ||
Nəticəsi | Osmanlı İmperiyası qalib gəldi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Hələ şahzadə olduğu dövrdən Səfəvilərin və onları dəstəkləyən Anadolu türk tayfalarının fəaliyyətlərini yaxından izləyən və mövcud təhlükəni görən Səlim 1512-ci ildə sultan taxtını ələ keçirdikdən sonra onlara qarşı aktiv mübarizəyə keçdi.
Buna qədər Şah İsmayıl Anadoludakı özünə rəğbət bəsləyən müxtəlif türk-qızılbaş tayfalarını təşkilatlandırmış və onların vasitəsiylə Anadoluda özü üçün güclü dayaq yaratmışdı. Nəhayət 1514-ci ildə Sultan Səlim uzun hazırlıqlardan sonra Şah İsmayılın üzərinə hücuma keçdi. Elə həmin ildə baş vermiş Çaldıran döyüşündə qızılbaş ordusu böyük cəsarətlə döyüşsə də, sonda artilleriya silahlarının çatışmazlığı və Osmanlıda bu silahların çoxluğu nəticəsində məğlub oldu. Qızılbaş ordusunun məğlubiyyətindən sonra Anadoludakı Səfəvi mülkləri təhlükə altına düşdü, Osmanlı ordusu bir-bir bu qalaları və şəhərləri ələ keçirməyə başladı.[2]
Səlim Çaldıran döyüşündən sonra qışlamaq üçün Amasyaya gedərkən Trabzon valisi Bıyıklı Mehmed bəyə və Yanya valisi Mustafa bəyə ortaq qüvvə təşkil etmək və bu qüvvə ilə şimala doğru uzanan yolda mühüm əhəmiyyət kəsb edən Bayburt və Kiğıyı ələ keçirməyi əmr etdi. Osmanlı ordusu Bayburt qalasına doğru gəldiyi zaman qaladakı kiçik Səfəvi qarnizonunun komandanı Qara Maqsudiyə təslim olması üçün təslimnamə göndərildi. Bu təklifin qızılbaş ordusu tərəfindən rədd edilməsindən sonra başlanan aramsız hücumlar nəticəsində qala 17 oktyabr 1514-cü ildə ələ keçirildi. Qalaya hücumların nə zaman başladılması dəqiq bilinməməkdədir. Kiğı qalası isə mühasirəyə alınmamışdan əvvəl təslim olduğunu bildirdi.[3][4]
İki qalanın da ələ keçirildiyini eşidən Səlim Bıyıklı Mehmed bəyi paşa edərək idarə etdiyi Trabzon sancağına əlavə olaraq, Bayburt, Ərzincan və Qarahisarı da onun hakimliyinə verdi.[5]
Məğlub olan Səfəvi ordusu hələ də Anadoluda varlığını davam etdirməkdə idi və qarşıdakı bir neçə ildə Osmanlı ordusu ilə mübarizəaparacaqdı.[6][7]