Bayern 2

Bayern 2 — (alm. Bavariya 2‎) — alman ictimai radio-stansiyası. BR-a daxildir. Mədəni və informasiya profil proqramlarından ibarət radio-yayım şəbəkəsi. 18 avqust, 1950-ci ildə Frankoniya ərazisində yayımlanmaqla mərkəzi Nyurnberq olmaqla, UQ dalğalar üzərində Bavariya radio-yayımının ikinci proqramının əsası qoyuldu. 1958-ci ildən Münhendən tam yayıma başladı. 1974-cü ildə islahat zamanı radio-stansiya “Bavariya 2” (alm. Bayern 2) adını aldı və klassik musiqiyə yönəldi, lakin 1979-cu ildə artıq gənc musiqiyə keçdi. 1980-ci ilin oktyabr ayında efirdə klassik musiqi yayımını öhdəsinə götürmüş Bayern 4 radio-stansiyası istifadəyə verildi, Bayern 2-nin adı isə dəyişdirilərək Bayern 2 Wort oldu. 2003-cü ildə yayım şəbəkəsinin növbəti dəyişimindən sonra, radio-stansiya Bayern 2 Radio adını aldı, lakin 8 oktyabr 2007-ci ildən özünün mövcud adı altında yayımlanır.

Bayern 2
Loqonun şəkli
Ölkə  Almaniya
Yayım ərazisi Bavariya
Başlama tarixi 18 avqust 1950
Sahibi Bayerischer Rundfunk
Rəhbərlik Vilhelm Uilrix
Sayt br-online.de/bayern2/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yayımlanması[redaktə | mənbəni redaktə et]

Yayım UQD diapazonunda, eləcə də istənilən kabel şəbəkəsində reallaşır. LiveStream və DVB-S texnologiyaları üzrə rəqəmsal yayım da mövcuddur. Bavariyanın cənub və şimal hissələrində, radio-stansiya 11D kanalında (kanal 12D-də Bayern 2+ proqramı verilir ki, bu proqram da saat 23:00-dan 0:00-a qədər yayımlanır) DAB rəqəmsal formatında yayım həyata keçirir. Berlində yerüstü rəqəmsal format olan DAB+ ilə yayım mövcuddur.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]