Baykerlər (hind: धूम, ing. Dhoom) — rejissor Sanjay Qadhvinin 2004-cü ildə çəkdiyi hind filmidir. Baykerlər trilogiyasının ilk filmidir. Sonrakı illərdə iki davam filmi buraxılmışdır — bu filmlər müvafiq olaraq 2006 və 2013-cü illərdə buraxılmış olan "Baykerlər 2" və "Baykerlər 3" filmləridirlər. Françayzinqin dördüncü hissəsinin çəkilməsi də planlaşdırılır.
Baykerlər | |
---|---|
hind. धूम | |
Janr | cinayət filmi, soyğun filmi, triller filmi, döyüş filmi, macəra filmi |
Prodüser | |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 27 avqust 2004[3], 10 sentyabr 2004 |
Müddət | 129 dəq. |
Ölkə | |
Dil | Hind dili |
Sonrakı film | Baykerlər 2 |
Rəng | rəngli |
IMDb | ID0422091 |
Mumbay polisi hər dəfə quldurluq etdikdən sonra güclü motosikletləri sayəsində qaçaraq gizlənən bir dəstəni tutmaq işi ilə məşğul olur. Bu zaman bacarıqlı və vicdansız motosiklet satıcısı Əlidən qısa bir müddət ərzində şübhələnirlər. Lakin Komissar köməkçisi Jai Dixit onu dindirərkən, başqa bir soyğunçuluq hadisəsi daha baş verir. Jai polislərə motosiklet sürməyin sirlərini öyrədəcəyi halda, Əlinin səhvlərinə və etdiyi hərəkətlərə göz yumacağına söz verir. Daha sonra təqib zamanı gözəl Şinanı görən Əli özünü itirir və təqib müvəffəqiyyətsizliklə başa çatır. Bundan qəzəblənən Jai Əlini yanından qovur. Bundan sonra Əli quldur dəstəsinin başçısının əlinə keçir.