Bayram Məmmədov (şəhid)

Məmmədov Bayram Məhəmməd oğlu (22 mart 1970, Minkənd, Laçın rayonu7 iyun 1992) — "Vətən uğrunda" medalı ilə təltif edilmiş döyüşçü.

Bayram Məmmədov
Məmmədov Bayram Məhəmməd oğlu
Doğum tarixi
Doğum yeri Laçın
Vəfat tarixi (22 yaşında)
Dəfn yeri
Mükafatları "Vətən uğrunda" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

22 mart 1970-ci ildə Laçın rayonunun Minkənd kəndində doğulmuşdur[1]. Minkənd orta məktəbini bitirmişdir. 1988–1990-cı illərdə əsgəri xidmətini Rusiya Federasiyasının Orenburq vilayətindəki qapalı hərbi hissədə keçmişdir.

20 fevral 1990-cı ildə Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olmuş, torpaqlarımız uğrunda mücadilə aparmışdır. 1992-ci il iyunun 7-də qəhrəmancasına həlak olmuşdur.[2] Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 867 saylı sərəncamı ilə Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində və xidməti vəzifələrin yerinə yetirilməsində şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Məmmədov Bayram Məhəmməd oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Laçın rayonunun Minkənd kənd orta məktəbinə Bayram Məhəmməd oğlu Məmmədovun adı verilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Laçın yurdu" jurnalı, № 2(9), Bakı, "Bəxtiyar-4" nəşriyyatı 2013, ("Şəhidlərimiz, and yerimiz" adlı xüsusi buraxılış))
  2. "Səda — Şəhid Bayram Məmmədovun doğum günüdür (22.03.2016)". 2021-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22.