Rüstəmov Bayram Nizam oğlu 29 aprel 1954-cü ildə Bakı şəhərində anadan olmuş, 1971-ci ildə Azərbaycan Respublikası Şamaxı (İndiki Qobustan) rayonunun Nərimankənd kənd orta məktəbini bitirmişdir. 1971–1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin Astrofizika ixtisası üzrə ali təhsil almışdır. 1976-cı ildə təyinatla AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi fəaliyyətə başlamış və həmin vaxtdan hal-hazıra kimi ŞAR-da elmi tədqiqatla məşğuldur.[1]
Bayram Rüstəmov | |
---|---|
Rüstəmov Bayram Nizam oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahələri | Astrofizika , radioastronomiya |
Elmi dərəcəsi | Fizika üzrə Fəlsəfə Doktoru |
Elmi adı | dosent |
İş yeri | AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası |
1977-ci ildə SSRİ (indiki Rusiya) E. A. Krım astrofizika rəsədxanasında praktik astrofizika ixtisası üzrə ixtisaslaşma kursu keçmişdir. 2003-cü ildə "T Buğa tipli ulduzların və FUOR-ların spektral tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və Fizika Riyaziyyat Elimləri Namizədi adını almışdır. 2004-cü ildən AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasıda "Səma cisimlərinin fotometriyası və polyarimetriyası" şöbəsinin müdiri vəzifəsində işləyir.
AAK-ın 19.11.2014-cü il tarixli qərarı ilə astrofizika və ulduz astronomiyası ixtisası üzrə dosent elmi adı almışdır.
Astrofizika sahəsində ixtisaslaşmış xarici və yerli elmi jurnallarda 36 məqalə və tezisi dərc olunmuşdur.
2004-cü ildən ŞAR Elmi Şurasının üzvüdür.2013-cü ildən AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında yaradılmış FD 01.241 FƏLSƏFƏ DOKTORU Dissertasiya Şurasının üzvü təyin olunmuşdur.[1]
Cavan ulduzların spektral və fotometrik tədqiqi; müasir işıqqəbuledicilərinin — CCD matrislərin fotometrik müşahidələrdə tətbiqi, rəqəmli astronomik təsvirlərin alınması və işlənməsi metodikaları
"Astrofizika və ulduz astronomiyası" ixtisası üzrə iki f.ü.f.d. dissertasiya işində ikinci rəhbər, iki f.ü.f.d. dissertasiya işində isə rəsmi opponent olmuşdur.[1]
Orta və kiçik kütləli cavan ulduzların və fəal nüvəli qalaktikaların (AQN) CCD fotometriyası və polyarimetriyası. Modern işıqqəbuledicilərinin. CCD matrislərin fotometrik müşahidələrdə istifadəsi və rəqəmsal astronomik təsvirlərin işlənməsində müasir proqram paketlərinin tətbiqi.[2]