Bayramov Söhrab Səfəralı oğlu (Bayram Təbrizli-Marağalı; 31 oktyabr 1944, Ağcabədi rayonu) — şərqşünas-alim.
Bayram Təbrizli-Marağalı | |
---|---|
Söhrab Səfəralı oğlu Bayramov | |
Doğum tarixi | 31 oktyabr 1944 (80 yaş) |
Doğum yeri | |
İş yeri | |
Təhsili |
Bayram Təbrizli-Marağalı 31 oktyabr 1944-cü ildə Ağcabədi rayonunda anadan olub. Ulu babası XVIII əsrin ortalarında Cənubi Azərbaycanın Tufarqan şəhərindən Qarabağa gəlmişdir. Bayram Təbrizli-Marağalının uşaqlığı Ağdam rayonunun Şelli kəndində keçmişdir. 1961-ci ildə Ağdam şəhər 2 saylı orta məktəbini bitirmiş və 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin "Ərəb filologiyası" bölməsinə daxil olmuşdur. 1963-cü ildən 1965-ci ilə qədər Belorusiyada hərbi xidmətdə olduğuna görə Bakı Dövlət Universitetini 1971-ci ildə bitirmişdir. Universitetdə oxuduğu illərdən Əbülfəz Elçibəy ilə dost olmuş və Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda birlikdə çalışmışlar. Əbülfəz Elçibəyin məsləhəti ilə Nəsrəddin Tusinin "Şərh-əl-işarat" əsərinin "Məntiq" bölməsini tərcümə etmişdir. 1977-ci ildən Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda işləyən şərqşünas alim Bayram Təbrizli-Marağalı hazırda Bakı şəhərində yaşayır və ədəbi fəaliyyətini davam etdirir.