Bayraqdar fəvvarəsi (alm. Vennerbrunnen) İsveçrənin Bern şəhərinin Rathausplats meydanında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi[1].
Bayraqdar fəvvarəsi | |
---|---|
Vennerbrunnen | |
46°56′54″ şm. e. 7°27′08″ ş. u.HGYO | |
Ölkə | İsveçrə |
Şəhər | Bern |
Yerləşir | Bern |
Tikilmə tarixi | 1542 |
Material | daş[d], metal |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Fəvvarə Köhnə şəhər Ratuşa binasının önündə yerləşir. Fəvvarənin əsas bəzək elementi sayılan zirehli Bern bayraqdarının layihəsi 1542-ci ildə Hans Ginq tərəfindən tərtib edilmişdir. Bundan öncə, XIV əsrin taxta fəvvarəsi Şvendplats meydanda yerləşirdi. Bern sakinləri arasında "Bayraqdar" çox güclü mənəvi mövqe tutur[2]. Kapitellərin yuxarı hissəsini dörd insan üz maskası bəzəyir.
1844-cü ildə meydanın yaxınlığında Nüdeqqbrükke körpüsünün tikintisi zamanı, fəvvarə müvəqqəti olaraq tikinti ərazisindən yığışdırılmışdır. Daha sonralar, yəni 1880–1913-cü illər arasında fəvvarə kiçik Amthausqasse döngəsində yer alırdı və yalnız 1913-cü ilin sonunda onu hazırkı meydana köçürmək barədə qərar alınmışdır.