Frans Fişer

Frans Fişer 19 mart 1877[1][2][…], Frayburq-im-Braysqau1 dekabr 1947[1][2][…], Münxen, İşğal Almaniyasıalman kimyaçısı.

Frans Fişer
Doğum tarixi 19 mart 1877(1877-03-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1 dekabr 1947(1947-12-01)[1][2][…] (70 yaşında)
Vəfat yeri
Elm sahəsi kimya
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Freyburq, Münxen vә Hisen universitetlәrindә oxumuşdur. Berlin Universitetindә işlәmiş, Berlindә Ali Texniki Mәktәbin professoru (1911-ci ildәn), Mülheymdә Kömürün Öyrәnilmәsi Üzrә Kayzer Vilhelm İnstitutunun direktoru olmuşdur (1913–1943). Əsas tәdqiqatları karbon oksidi vә hidrogen әsasında üzvi birlәşmәlәrin sintezinә hәsr olunmuşdur. 1927-ci ildә Hans Tropş ilә birlikdә karbon oksidinin dәmir vә kobalt katalizatorlarının iştirakı ilә hidrogenlә reaksiyasını kәşf etmişdir; reaksiya nәticәsindә (şәraitdәn asılı olaraq) qaz, maye vә bәrk alifatik karbohidrogenlәr әmәlә gәlir. Bu reaksiyanın maye yanacaq almaq üçün istifadә edilmәsinin mümkünlüyünü göstәrmişdir (1926). Sintetik benzin istehsalının texnologiyasını işlәyib hazırlamışdır (1925–1935). Karbon oksidi vә hidrogen әsasında maye izoparafinlәrin vә normal bәrk parafinlәrin sintezinin prinsipial mümkünlüyünü göstәrmişdir (1936).

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Franz Joseph Emil Fischer // Brockhauz Ensiklopediyası (alm.).