Beauty Azerbaijan

Beauty Azerbaijan – Qafqaz regionunda və Azərbaycanda gözəllik industriyasını əhatə edən kompleks tədbirdir. Həmçinin istehsalçılar, distribütorlar və sahə mütəxəssislərinin görüş yeridir.

Beauty Azerbaijan
azərb. Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası Sərgisi
Loqonun şəkli
Status aktiv
Janr sərgi
Məkan Bakı Ekspo Mərkəzi
Yer Bakı
Ölkə Azərbaycan Azərbaycan
Yaradılıb 2006-cı il
Növbəti 3-5 noyabr, 2022-ci il
Təşkilatçı Caspian Event Organisers
beautyexpo.az

Məqsəd[redaktə | mənbəni redaktə et]

"Beauty Azerbaijan" sahə mütəxəssislərini bir araya gətirmək və biznes əlaqələrinin genişləndirilmək, habelə satış coğrafiyasını artırmaq üçün keçirilən sərgidir.

Sərgi bölmələri[redaktə | mənbəni redaktə et]

  • SPA & Welness
  • Kosmetologiya və estetik tibb üçün məhsullar
  • Parfumeriya
  • Şəxsi gigiyena vasitələri
  • Təbii kosmetika
  • Dekorativ kosmetika
  • Professional kosmetika
  • Salon avadanlıqları və bərbər alətləri
  • Dırnaq xidmətləri üçün vasitə və alətlər
  • Saça və bədənə qulluq vasitələri
  • Yaşlı nəsil üçün məhsul və xidmətlər
  • Uşaq kosmetikası

Tarix[redaktə | mənbəni redaktə et]

Beauty Azerbaijan 2012[redaktə | mənbəni redaktə et]

7-ci Azərbaycan Beynəlxalq "Beauty Azerbaijan 2012"-də isə Azərbaycan, Belçika, İtaliya, Latviya və Rusiyanın kosmetika bazarında fəaliyyət göstərən 35 şirkət iştirak edib.[1]

Beauty Azerbaijan 2013[redaktə | mənbəni redaktə et]

"Beauty Azerbaijan 2013" 7-ci Azərbaycan Beynəlxalq "Gözəllik və Estetik tibb" sərgisi keçirilib. Sərgidə dünyanın 17 ölkəsindən 120 şirkət iştirak edib. Bu ölkələr arasında Azərbaycan, Almaniya, Rusiya, Ukrayna, Çexiya, Türkiyə, Çin və digər ölkələr olub. İlk dəfə olaraq, ziyarətçilər sərgidə Qazaxıstan, BƏƏ, İordaniya və digər ölkələri təmsil edən şirkətlərin məhsulları ilə tanış ola biliblər.[2]

Beauty Azerbaijan 2016[redaktə | mənbəni redaktə et]

"Beauty Azerbaijan 2016" sərgisində İtaliyanın kosmetik şirkətləri geniş şəkildə təmsil olundu. Sərginin yeni məhsulları arasında Almaniyadan salon aksesuarları, YaponiyaCənubi Koreyadan olan Asiya kosmetikası və bir çox başqa məhsullar da təqdim olunub.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sabah Bakıda Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək". Trend.Az (az.). 26 sentyabr 2012. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.
  2. "19-cu Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi". Medeks (ingilis). 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]