Behbudəli ağa Cavanşir

Behbudəli ağa İbrahimxəlil ağa oğlu Sarıcalı-Cavanşir (1695, Arazbar[d]1767, Şuşa) — Qarabağ bəyi, sərkərdə. Pənahəli xanla Fəzləli ağanın qardaşı.

Behbudəli ağa Cavanşir
Behbudəli ağa İbrahimxəlil ağa oğlu Sarıcalı-Cavanşir
Doğum tarixi
Doğum yeri Sarıcalı obası, Arazbar, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri Şuşa, Qarabağ xanlığı
Dəfn yeri
Həyat yoldaşı Qızxanım xanım
Uşaqları Əbdüssəməd bəy, Mirzalı bəy, Qasım bəy
Atası İbrahimxəlil ağa Cavanşir
Fəaliyyəti hərbi lider[d]

Bеhbudəli ağa İbrahimxəlil ağa oğlu 1695-ci ildə Sarıcalı obasının yerləşdiyi Arazbarda Qarabağın zadəgan ailələrindən biri olan Cavanşirlər ailəsində dünyaya gəlmişdir. Onun atası İbrahimxəlil ağa Sarıcalı tayfasının başçısı olmaqla birlikdə, həm də Arazbarinin hakimi olmuşdur.

Mirzə Camal Cavanşirə görə, Osmanlı dövlətinin Qarabağdan qovulması ilə yadda qalan (1735) prosesdə Nadir xan Cavanşir tayfasından olan sərkərdələrdən yararlanmışdır. Bu sərkərdələr gələcəkdə Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanla Behbudəli ağa idi. Osmanlı ilə olan döyüşlərdə Qarabağdan olan döyüşçülər də fəal iştirak etmişdir. Bu xidmətlərinə görə Nadir xan Pənahəli xanı özünün komandanlarından biri, Behbudəlini isə mərasimlər üzrə rəhbər təyin etdi. Bu vəzifələrə olan təyinatlardan sonra hər iki şəxs sarayda Nadir xanla birlikdə yaşamaqla birbaşa onun nəzarətinə daxil oldular.[1] 1736-cı ildə özünü şah elanedən Nadirin hakimiyyətini şah sülaləsində yalnız Səfəvi ailəsindən kimsə otura bilər iddiasiyla Cavanşir, Otuzikilər və Kəbirlilər tanımadılar. Buna cavab olaraq, Nadir şah bu tayfaları Qarabağdan Xorasanın Sərəxs vilayətinə köçürdü. Bu Pənahəli və Fəzləli ağa üçün həyəcan təbilinin çalınması demək idi. Dar bir məclisdə Nadir şahın Qarabağ elatlarını Xorasana köçürməsi əməlini qınayan Fəzləli ağa sözlərinin Nadirə çatdırılmasından sonra edam edildi.[2] Qardaşının taleyindən narahat olan Pənahəli xan saraydan gizli şəkildə Qarabağa qaçdı. 1738-ci ildə baş vermiş bu hadisə zamanı Pənahəli xanla birlikdə onun qohumları da Qarabağa gəldilər.[3] Tezliklə, otuzikilər tayfasının başçısı kimi Pənahəli xan Cavanşir döyüşçülərini də ətrafına toplayaraq Nadir şaha qarşı üsyan qaldırdı. Nadir şah hələ o yolda olarkən onun tutulması üçünəmr vermiş, lakin bu əmr həyata keçirilməmişdi. Pənahəli xan, Nadir şahın öldürülməsinə qədər Zəngəzurda, QarabağdaŞəkidə gizlənib, ani hücumlarla vaxtını keçirdi. Nadirin ölümündən sonra isə Qarabağa gələrək, özünü xan elan etdi.[4]

Qarabağ xanlığı Kərim xan Zəndin Pənaəli xanı Şirazda əsir olaraq saxlamasından sonra daxili qarışıqlıq dövrünü yaşayır. O dövrün bir çox tarixi qaynaqları Pənahəli xandan dərhal sonra taxta oğlu İbrahimxəlilin çıxdığını desələr də, bu əslində belə deyildir və reallıq bir qədər fərqlidir. Qarabağdakı xanlıq uğrunda mübarizədə xarici qüvvələr də fəal iştirak edirdilər. Beləki, Pınahəli xanın bir digər oğlu Mehrəli bəy, Kərim xan Zənddən aldığı fərmanla geri dönmüşdü. Bu fərmana görə xan məhz o, olmalı idi.

Lakin Mehrəli bəy xanlığı ələ ala bilmədi. Bu zaman Pənahəli xanın qardaşı Behbudəli ağa varislərdən İbrahimxəlil ağanın namizədliyini müdafiə etdi. Tarixi qaynaqların bildirdiyinə görə, bu hadisələr zamanı yaşlı Behbudəli ağa özünü müdrik siyasətçi kimi aparmış və qarışıqlıqların böyük müharibəyə səbəb olmaması üçün əlindən gələni etmişdir. Behbudəli ağa 1767-ci ildə Qarabağda vəfat etmişdir.

Behbudəli ağa Cavanşir 1767-ci ildə Şuşa şəhərində vəfat edib.

Bеhbudəli ağa Qızxanım xanımla ailə qurmuşdu. Əbdüssəməd bəy, Mirzəəli bəy, Qasım bəy adlı oğulları vardı. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, hərbi mühacir, Türkiyə Silahlı Qüvvələrinin polkovniki, Türkiyə İstiqlaliyyət müharibəsinin iştirakçısı Baba bəy Behbud onun nəslindən gəlməkdədir.[5]

  1. Мирза Джамал Джаваншир, История Карабаха, Издательство АН Азерб. ССР, 1959, s. 10
  2. Арунова М. Р., Ашрафян К. З. Государство Надир-шаха Афшара. М., «Наука», 1958, p.114-115
  3. Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair. I. səh. 158.
  4. Бутков П. Г. Материалы для новой истории Кавказа: 1722—1803 годы. Часть вторая. СПб., 1869 , т.1, s.58-62
  5. "İstiqlal savaşçısı - polkovnik Baba bəy Behbud". 2019-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-03.