Behice Boran (türk. Behice Boran 1 may 1910[1][2], Bursa, Xudavəndigar vilayəti – 10 oktyabr 1987[1], Brüssel[d]) — Türk siyasətçi və ictimai elmlər doktoru, marksist, ilk qadın sosioloq. Türkiyə tarixində ilk qadın partiya lideridir. Solçuların tənqidi səsi, dəfələrlə təcavüzə məruz qalan və həbs edilən Boran 1980-ci il hərbi çevrilişindən sonra sürgünə göndərilir.
Behice Boran | |
---|---|
türk. Behice Boran | |
Doğum tarixi | 1 may 1910[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 1987[1] (77 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | xəstəlik |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, sosioloq |
Boran 1890-cı illərdə Osmanlı İmperiyasına köçən Kazan tatarlarının ailəsində anadan olub. 1931-ci ildə İstanbuldakı Amerika Qadınlar Kollecini bitirdikdən sonra ABŞ-nin Miçiqan Universitetində sosiologiya təhsili alır. 1939-cu ildə doktorluq dərəcəsini almış və marksizmlə maraqlanmağa başlamışdır. Vətəninə qayıdaraq Ankara Universitetinin dil, tarix və coğrafiya fakültəsində sosiologiya kafedrasının dosenti vəzifəsində çalışmışdır. O, həmçinin Türkiyə Kommunist Partiyasına (TKP) qoşulmuş və solçu "Yurd və Dünya" və "Adımlar" dövri nəşrlər ilə əməkdaşlıq etməyə başlamışdır. 1948-ci ildə solçu görüşlərin tərəfdarı kimi universitetdən qovulur. 1951-ci il repressiyaları nəticəsində həmin qurumlar ləğv edildikdən sonra Kommunist Partiyasının fəaliyyətindən kənarlaşdırılır.
1950-ci ildə Adnan Menderes tərəfindən hökumətin Türkiyənin Koreya müharibəsində iştirakına etiraz edən Türk Sülh Cəmiyyətini qurur və ona rəhbərlik edir. Bunun üçün o, həbs edilir və 15 ay müddətinə həbsdə qalır. 1962-ci ildə Türkiyənin yeni solçu Sosialist İşçi Partiyasına üzv olur. Onu təmsil edərək 1965-ci ildə Urfadan Türkiyə parlamentinə millət vəkili seçilir[3]. 1968-ci ildə Sovet qoşunlarının Çexoslovakiyaya girməsini ilə sovet modelini tənqid edən SİP lideri Mehmet Ali Aybar "Yeni sol" ruhunda çıxışından sonra 1970-ci ildə Boran onu partiyanın başında əvəzləyir. 12 mart 1971-ci il çevrilişindən və siyasi partiyaların qadağan edilməsindən sonra SİP rəhbərliyi həbs edildi. Boran 15 il həbs cəzasına məhkum edildi. 1974-cü ildə bir amnistiya qərarı ilə azad edilmiş, 1975-ci ildə SİP-nı yenidən qurtmuşdur. Partiyaların fəaliyyətini yenidən qadağan edən 12 sentyabr 1980-ci ildə baş verən hərbi çevrilişdən sonra Boran bir neçə ay ev dustaqlığında qaldı və 1981-ci ildə Avropaya sürgün edildi. Türkiyə vətəndaşlığından məhrum olan Boran Sofiya, Brüssel və Düsseldorfda siyasi mühacir həyatı yaşayır. 1987-ci ildə, ölümündən bir neçə gün əvvəl, Türkiyə İşçi və Kommunist Partiyasının birləşdiyini elan edir. Brüsseldə 77 yaşında ürək xəstəliyindən ölür. Cəsədi İstanbula təslim edilir. Məclis üzvləri və digər vəzifəli şəxslərin qatıldığı Zincirlikuyu qəbiristanlığında bastırılır. Torpağa tapşırılma 1980-ci il çevrilişindən sonra solçu qüvvələrin ilk kütləvi nümayişinə çevrilir.