Beyql[1] (ing. Bagel; idiş בײגל, translit: beygl; pol. bajgiel; həmçinin beigel)[2] — ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü.
Beyql | |
---|---|
Mənşəyi | |
Tərkibi | |
Əsas |
İlk dəfə 17-ci əsrdə Aşkenazi yəhudiləri Polşada ortaya çıxarılan[3] beyqlın istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır.
İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.