Beirbekkinq

Beirbekkinq (ingilis dilində Bareback) seks xüsusən də kişi ilə kişinin arasında baş verən anal seks zamanı prezervativ istifadə edilmədən həyata keçirilən fiziki cinsi fəaliyyətdir.[1] Jarqon termin olan Beirbekkinq seks termini, ingiliscə at sürmək üçün istifadə edilən bareback (yəhərsiz) sözündəndir və at sürərkən atı yəhərsiz sürənlər üçün istifadə olunur. Buna görə də, onun vəhşi, təhlükəli və əyləncəli olması çağırışını ifadə etdiyini bildirirlər. Beirbekkinq adətən seks zamanı prezervativdən istifadəni dayandırmaq üçün şüurlu və düşünülmüş seçimi ifadə etmək üçün istifadə olunur.[2][3]

Terminin ilk dəfə nə vaxt (cinsi jarqon kimi) istifadə edildiyi məlum deyildir, lakin onun 1968-ci ildə çap mediasında ilk dəfə görünməsi ilə istifadəsi 1960-cı illərdə sürət qazanmışdır.[4] Termin, G.İ. tərəfindən Vyetnam müharibəsi zamanı prezervativsiz seks üçün istifadə edilmişdir.[5] O, 1972-ci ildə Playboy's Book of Forbidden Words: A Liberated Dictionary of Improper English jurnalına daxil edilmişdir.[6] Bu termin 1980-ci illərə qədər çap mediasında vaxtaşırı meydana çıxmış və sonralar QİÇS epidemiyası kontekstində müzakirə obyektinə çevrilmişdir. Prezervativsiz sekslə bağlı mübahisələrin artmasına qədər LGBT mədəniyyətində 1997-ci ilə kimi, geniş istifadə edilməmişdir.[7]

  1. Partridge, Eric; Dalzell, Tom; Victor, Terry, The New Partridge Dictionary of Slang and Unconventional English: A-I (reprint), Taylor & Francis, 2006, səh. 92, ISBN 978-0-415-25937-8, 2016-05-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-07-25, Bareback - to engage in sex without a condom.
  2. Jack Drescher, Perry Halkitis, Leo Wilton. Barebacking: Psychosocial and Public Health Approaches. CRC Press. 2006. 150–151. ISBN 978-0789021748. İstifadə tarixi: September 11, 2016.
  3. Peter Aggleton, Richard Parker. Routledge Handbook of Sexuality, Health and Rights. Routledge. 2010. 391–393. ISBN 978-1135272876. July 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2016.
  4. Rosenberg, Bernard and Joseph Bensman. "Sexual Patterns in Three Ethnic Subcultures of an American Underclass". The Annals of the American Academy of Political and Social Science (376). 1968: 70. Risk or no risk, boys are generally hostile to the idea of prophylaxis. One objection is phrased purely in terms of the pleasure principle, most colorfully by a Chicago boy who explains why he never uses anything like a rubber, 'I tried it once. It's like riding a horse with a saddle instead of bareback.'
  5. Wilson, Robert Anton. Playboy's Book of Forbidden Words: A Liberated Dictionary of Improper English. Playboy Press. 1972. səh. 20. BAREBACK - Intercourse without any form of contraception, as in "They went at it bareback."
  6. Wilson, Robert Anton. Playboy's Book of Forbidden Words: A Liberated Dictionary of Improper English. Playboy Press. 1972. səh. 20. BAREBACK - Intercourse without any form of contraception, as in "They went at it bareback."
  7. Peyser, Marc. "A Deadly Dance: As AIDS Cases Decline Sharply, Some Gay Men Are Returning to Unsafe Sex. They Call It Barebacking". Newsweek. 130 (13). September 29, 1997: 136. See also The Advocate (Jul 8, 1997) p. 34 (and other various references in 1997; Out [Magazine] (6:1-6) 1997 (various references throughout.)