Belçika Pro Liqası[1] — Belçikanın futbol klubları üçün yüksək liqa yarışması. 2020–21 mövsümündən liqada 18 klub yarışır və 2023–24 mövsümündən etibarən 16 komandaya endirilməsi nəzərdə tutulur. Çempionatın sponsoru olan və InBev pivə şirkəti tərəfindən istehsal olunan "Jupiler" pivəsi brendinə görə rəsmi olaraq Jupiler Pro League adlanır.
Ölkə | Belçika |
---|---|
Konfederasiya | UEFA |
Açılış ili | 1895 |
İlk sezon | 1895-1896 |
Komandaların sayı | 18 |
Aşağı liqa | Belçika 2. liqası |
Digər kubok(lar) |
Belçika Kuboku Belçika Superkuboku |
Beynəlxalq kubok(lar) |
UEFA Çempionlar Liqası UEFA Avropa Liqası |
Son çempion |
Brügge (19-cu dəfə) (2023-2024) |
Ən uğurlu komanda | Anderlext (34 dəfə) |
2024-2025 |
Mövsümlər avqustun əvvəlindən aprelin sonuna qədər davam edir, komandalar pley-offlara daxil olmamışdan əvvəl adi mövsümdə hər biri 34 oyun keçirirlər.[2] Sonra çempionluq, avrokuboklara vəsiqə və liqada qalmaq uğrunda play off oyunları keçirilir.
Çempionat 1895-ci ildən Belçika Kral Futbol Assosiasiyası tərəfindən keçirilir, ilk çempion "FC Liege" klubu olub. 1974-cü ildə peşəkar klublar assosiasiyası yaradıldı, 2008-ci ildə "Pro Liqa" adını və çempionatı təşkil etmək hüququ qazandı.
Çempionatın bütün tarixində yüksək divizionda 74 klub çıxış edib, onlardan 15-i çempion olub. Ən uğurlu klub isə 34 dəfə çempion olmuş Brüsselin "Anderlext"idir.
Çempionlar Kuboku / Çempionlar Liqası: