Türkiyə–Belarus münasibətləri — Türkiyə Respublikası ilə Belarus Respublikası arasındakı ikitərəfli beynəlxalq münasibətlər. İki arasında diplomatik münasibətlər 25 mart 1992-ci ildə qurulmuşdur[1]. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunın üzvüdür. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir.
Türkiyə–Belarus münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Belarusun Türkiyədəki səfirliyindən verilən məlumata görə, 2018-ci ildə iki dövlət arasında ticarət dövriyyəsi 983 milyon dollar təşkil etmişdir. Belarus ixracatının əsas materialları: kalium gübrələri, kətan parçalar, polikarboksilik turşular, sintetik liflər, ərintisiz polad tellər, taxta və qəzet kağızı[2]. 2019-cu ildə iki ölkə arasındakı ticarət həcmi 691 milyon ABŞ dolları təşkil etmişdir[3].
Belarus və Türkiyə Parlamentləri ortaq Dostluq Qrupu fəaliyyət göstərir[4].
2016-cı ildə Türkiyədə Belarus mədəniyyət günləri keçirilmişdir[5]. 2017-ci ildə Belarusda Türkiyə mədəniyyəti günləri keçirilmişdir.
2016-cı ilin noyabrında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Minskə səfəri zamanı elm və texnologiya sahəsində əməkdaşlıq haqqında bir müqavilə imzalanır. Hazırda mikrobiologiya və fizika sahəsində fundamental elmi tədqiqatların birgə layihələri həyata keçirilir. Həmçinin nano və İT texnologiyaları, supernova materialları sahəsində yeni innovativ layihələr üzrə məsləhətləşmələr aparılır[6].
Türkiyə Belarus vətəndaşları üçün ən populyar turizm marşrutlarından biridir. Hər il təxminən 200.000 belaruslu ölkəyə gəlir və bu 2013-cü il tarixli qarşılıqlı viza ləğvi razılaşması ilə asanlaşdırılır[7].
1994-cü ildə Belarusiya Dövlət Təhlükəsizlik Komitəsi iki belaruslu jurnalisti Türkiyə Cümhuriyyəti üçün casusluq etməkdə günahlandırır. Paralel olaraq, Türkiyə səfirliyinin iki attaşesi qovulur. Buna cavab olaraq, Türkiyə Belarus ilə bütün təmasları kəsir və 100 milyon dollarlıq kredit ayırmasını müvəqqəti dayandırır[8].
Belarus
Belarusun Ankarada səfirliyi və İstanbulda baş konsulluğu var[9]. Belarusun Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri - Viktor Rıbak.
Türkiyə
Türkiyənin Minskdə səfirliyi vardır[10]. Türkiyənin Belarusdakı fövqəladə və səlahiyyətli səfiri - Mustafa Özcan.