Belintaş (Belantaş) — Bolqarıstanın Rodop dağları ərazisində olan qayalı yayla. Yayla daha çox qədim insan yaşayış məskəni kimi məşhurdur. Ehtimal olunur ki, ərazi qədim bess tayfalarının yaşayış məskəni olub. 1225 metr yükəsklikdə yerləşmiş ərazinin uzunluğu 300 metrə bərabərdir. 2006-cı ildə qaya üzərində qədim yazılar aşkar edilmiş və yazı frakiya mənşəli hesab edilir. Ancaq yazıların orijinallığı arxeoloqlar tərəfindən tam təsdiqini tapmayıb.
Belintaş | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1225 m |
Sahəsi | 0.023 km² |
Yerləşməsi | |
41°50′49″ şm. e. 24°57′48″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Rodop dağları |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Belintaş sözünün ilk hissəsi "ağ" mənasını verir və bolqar "бял" (ağ) sözündən meydana gəlib. Yerli əhalinin dilində bəzən bu söz "belian" və ya "belan" kimi işlədilir. Sözün digər hissəsi isə türk mənşəli olub "taş" (daş, qaya) mənasını verir.[1].
Alimlər Belintaşda ilk insan məskunlaşmasını e.ə. V əsrə aid edirlər. Borislavov Borislav ehtimal edir ki, Belintaş Rodop ərazisində olan ən qədim frakiya məskunlaşma ərazisi olan Perperikondan daha qədimdir.[2].
Belintaşda ilk arxeoloji işlər 1975-ci ildə bolqar arxeoloqları tərəfindən aparılıb.[3]. Tədqiqatlar 1980-cı ilə qədər davam etmiş və sonda belə bir ehtimal irəli sürlüdü: ərazi qədim günəş rəsədxanasıdır. [4][5].
İvan Xristovun 2003-cü ildə apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, ərazidə daş-mis, bürünc və erkən dəmir dövründən yaşayış olmuşdur. Ərazidən tapılan ellin və roma artefaktları onu göstərir ki, Belintaş minilliklərlə yaşayış ərazisi olmuşdur.[6].
2011-ci ildə yaylada qədim divar qalıqları aşkar edilmiş və ehtimal ki, bu divarlar əsas ərazini qoruyan divarlar olmuşdur. Divarlarla yanaşı, böyük giriş qapı yerləri də müəyyən edilmişdir.
Belintaş Boqarıstan mətbuatının sevimli mövzularından biridir. Ərazi ilə bağlı onlarca əfsanə yayılıb və bunlar jurnalistlər tərəfindən zaman-zaman təkrarlanır. Göstərilir ki, ərazidə Makedoniyalı İsgəndərin iranlılarla döyüşdə həlak olan dayısının qəbri mövcuddur.[7] Guya Belintaş yadplanetlilərin kosmodromudur və yayla üzərindəki ulduz bəşəriyyəti 2012-ci il fəlakətindən xilas edibmiş.[8]. Belintaşı Nuhun gəmisinin ilk dayandığı ərazi hesab edirlər və s.[9]