Fəthi bəy

Təyyarəçi Fəthi bəy (türk. Tayyareci Fethi Bey; 12 iyun 1887, İstanbul3 mart 1914, Əl-Samra[d], Britaniya Fələstini) — Osmanlı imperiyası pilotu, Osmanlı aviasiyasının öncüllərindən biri.

Fəthi bəy
Şəxsi məlumatlar
Doğum tarixi 12 iyun 1887(1887-06-12)
Doğum yeri
Vəfat tarixi 3 mart 1914(1914-03-03) (26 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Osmanlı imperiyası
Qoşun növü Osmanlı Aviasiya bölükləri
Xidmət illəri 1907-ci ildən
Rütbəsi kapitan
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Fəthi bəy və Belkıs Şövkət xanım

Yüzbaşı Fəthi bəy 1887-ci ildə İstanbulda anadan olub.[1] 1907-ci ildə Dəniz Akademiyasını bitirib. Akademiuanı bitirdikdən sonra Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb. Fəthi bəy 1911-ci ildə Osmanlı hökuməti tərəfindən Böyük Britaniyadakı Bristol Təyyarə Zavodunda [2] uçuş təlimi üçün göndərilən gələcək yedd pilotdan biri kimi seçildi.[3] Fəthi bəy təhsilini başa vurduqdan sonra vətənə qayıdır və orada kapitan hərbi rütbəsi alır. Qayıdandan sonra ilk dəfə İstanbulda sınaq uçuşları ilə məşğul olur. İkinci Balkan müharibəsi başlayandan sonra o, cəbhəyə göndərildi. Burada Fəthi bəy o, vaxtlar qeyri-mümkün hesab edilən gecə uçuşları həyata keçirdi. Eləcə də Fəthi bəy anti-osmanlı koalisiyası qoşunlarına qarşı bir sıra cəsur hərəkətləri ilə tezliklə şöhrət qazandı.[4]

Fəthi bəy Balkan müharibəsi bitdikdən sonra qərargahı Şişlidə yerləşən I Ordu Korpusunda xidmət edirdi. Məhz burda xidmət zamanı o, tarixdə yadda qalan bir hadisə ilə də gündəmə gəldi. Belə ki, 1913-cü ildə İstanbuda yerləşən qadın hüquqlarının müdafiəsi ilə məşğul olan "Osmanlı Hüquqlarını Müdafiə Nisvan Cəmiyyəti" həm türk qadınlarını təbliğ etmək, həm də Osmanlı ordusuna təyyarə hədiyyə edə biləcək yardım toplamaq üçün kompaniya keçirmək qərarına gəldi. Bu məqsədlə cəmiyyət Safraköydəki Təyyarə Məktəbi Müdirliyinə müraciət edərək bir qadının təyyarədə uçmaq icazəsi istənildi. Birinci Ordu Korpusun komandanının müavini Camal Mərsinlinin təşəbbüsü ilə korpus komandirindən lazımi yazılı icazə alındı. Alınan icazə ilə Belkıs Şövkət 1 dekabr 1913-cü il bazar ertəsi uçuş həyata keçirildi. Bu ilk türk qadınının təyyarəyə minməsi hadisəsi idi. Təyyarənin pilotu isə baş leytenant Fəthi bəy seçilmişdi. Təxminən 200 metr yüksəklikdə reallaşan uçuş Şişli, Azadlıq Anıtı, ÜsküdarKadıköy üzərində həyata keçirildi. Ümumi uçuş 15 dəqiqə davam etmişdi.[5]

Sadıq bəy, İsmayıl Haqqı bəy, Fəthi bəy və Nuri bəy. Onların arxasında Bleriot XI/B təyyarəsi

Balkan müharibələrindən sonra Osmanlı imperiyası hökuməti, dövlətin mülklərinə rəsmi ekspedisiyalar təşkil etməyə başladı. İstanbuldan Misirin Qahirəİsgəndəriyyə şəhərlərinə dörd Hərbi Hava Qüvvələri monoplanının çox mərhələli uçuşu həyata keçirildi.[6] Bu ekspedisiya zamanı təxminən 2500 kilometr (1600 mil) məsafə qət edildi. Təyyarələr İstanbul aviasiya məktəbi Haqios Stefanosdan (hazırkı Yaşılköy) havaya qalxdılar.[7] Misirə uçuş edəcək heyətə ilk daxil olanlardan biri Fəthi bəy oldu

Fəthi bəy yoldaşı Sadıq bəylə birlikdə 'Muavenet-i Milliye' adlı Bleriot XI/B təyyarəsinin 1914-cü il fevralın 8-də başlayan İstanbul - Konya - Ulukişli - Adana - Homs - Dəməşq - İskəndəriyyə - Qahirə marşrutu üzrə səyahət uçuşunda iştirak etdi.[8] Uçuş Osmanlı hərbi aviasiyasının qüdrətinin nümayişi, həmçinin Osmanlı tarixində ilk hava poçtunun daşınması məqsədi ilə təşkil edilmişdi.[4] Bu uçuş zamanı Fəthi bəy həlak oldu.[2] Onun təyyarəsi martın 3-də[3] Tiberiya rayonunda Təbəriyyə gölü (Qalileya dənizi) ərazisində qayalara çırpıldı.[2] Uçuşda iştirak edən ikinci təyyarədə olan Sadıq bəy Yaffa yaxınlığında qəzaya uğradı və o da həlak oldu. Sonradan bu uçuş təkrarlandı və 9 may 1914-cü ildə yeni ekipaj tərəfindən uğurla tamamlandı.[4]

Bu aviaqəza Türkiyə aviasiya tarixində ilk itkilər sırasındadır. Fəthi bəy Dəməşqdə dəfn edildi.[2] Onun məzarı Sadıq bəyin məzarı ilə birlikdə Dəməşqin Səlahəddin türbəsindədir. Təbəriyyə gölünün yaxınlığında qəza yerində abidə qoyuldu.[6] İstanbulda daha bir xatirə abidəsi də ucaldıldı.

Şəhid pilotlar; Dəməşqdə kapitan Fəthi bəy, baş leytenant Nuri və baş leytenant Sadıq bəyin məzarları

Fəthi bəyin məqsədinə çatmadan qəzaya düşməsi və həlak olması, o günlərdə bütün ölkədə böyük kədərə səbəb oldu. Hazırda Muğla ilində yerləşən Əvvəllər Meğri[1] adlanan Fəthiyə[1][2] şəhəri onun şərəfinə adlandırıldı.[1]

2004-cü ildə Təyyarəçi Fəthi bəyin monumental heykəli Fəthiyədə antik teatrın qarşısındakı Şəhid Kapitan Təyyarəçi Fəthi bəy Milli Parkında nümayiş etdirilməyə başlandı. Daha sonra bu heykəl 2018-ci ildə tikilmiş Fəthiyə Dövlət Xəstəxanası ilə üzbəüz olan Şəhid Fəthi bəy parkında yeni yerinə köçürüldü.

Behçət Kamal Çağlar Təyyarəçi Fethi bəyə aşağıdakı sətirləri həsr edib:

“Aslan uçdu” təriflə oxunur;
Bu müqəddəs torpağın övladı Fəthi...
Əlbəttə üzərində olacaq bəd nəzərlər hər zaman
Əgər məqsədə çatmadan, yolundan azsan ;
Baxın; Fəthiyə Fəthiyə oldu, sayəndə Meğri,
Qartalım! Bu ölkə sənin kölgəndə azaddır.

  1. 1 2 3 4 "Famous Turkey People: Fethi Bey & How To Pronounce Fethiye" (ingilis). 2010-03-13. 2014-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-05.
  2. 1 2 3 4 5 "FIRST TURKISH PILOT ALSO LOST IN SYRIA" (ingilis). Diplomatic Observer. 2012-07-22. 2012-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-05.
  3. 1 2 "Rise of the Turkish Air Force (1911-1914)" (ingilis). Turkish Air Force. 2011-01-21. 2013-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-05.
  4. 1 2 3 "History of the Turkish Air Force" (ingilis). Incirlik Air Base. 2006-11-17. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-05.
  5. "Türk Havacılığı Salonu" (Türkçe). 2014-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
  6. 1 2 Bedük, Muhammed. "Fatih'teki İlk Türk Hava Şehitleri Anıtı" (türk). Tarihi Yarımada İşadamları ve Yöneticileri Derneği. 1 March 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-08.
  7. Yılmazer, Bülent. "Murat Bardakçı'nın Hürriyet Gazetesi vasıtasıyla Aziz Hava Şehitlerimiz'in hatırasına büyük saygısızlığı" (türk). Tayyareci. 2011-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-08.
  8. "Story of Turkish Aviation" (ingilis). 2012-07-27. 2013-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]