Bell yarımadası (ing. Bell Peninsula), əvvəllər Bell adası (ing. Bell Island) — Kanada Arktik arxipelaqına daxil olan Sauthempton adasının cənub-şərqində yerləşir. inzibati nbaxımından Kanadanın Nunavut vilayəti, Kivallik regionuna daxildir.
Bell yarımadası | |
---|---|
Yerləşməsi | |
63°45′00″ şm. e. 81°30′00″ q. u. | |
Akvatoriya | Şimal Buzlu okean |
Ölkə | Kanada |
|
Yarımada inuitlərə məxsus olan Koral-Harbor yaşayış məntəqəsinə yaxın ərazidə yerləşir. Cənubdan Hudzon körfəzi, şərqdən Foks körfəzi ilə əhatələnir. Burada tez-tez Qrenlandiya balinalarına rast gəlinir. Yarımadanın ən hündür nöqtəsi 213 metr hündürlüyə malik Minto dağıdır. Bir neçə iri körfəzə sahibdir.
Yarımada Huidzon körfəzi şirkətinin rəhbəri və araşdırmaçı Con Bellin şərəfinəı adlandırılmışdır.
Burada 5 arxioloji abidə vardır. Sadlermiut kəndi 1902–1903-cü illərdə avropalılar tərəfindən bura gətirilmiş infeksiya nəticəsində yoxa çıxmışdır. 1910-cu ildə qütb araşdırmaçısı Corc Komer Sauthempton adasını adlandırır və kartoqrafik xəritələrdəki səhvi düzəldərək Bell adasını yarımada olaraq göstərir[1].